"Şəfa" 5 yoxlama oyunu keçirəcək

15.07.2026 00:02 20
Ölkə futbolu
“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisinin ilk matçı iyulun 17-də “İmişli”yə qarşı olacaq. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv iyulun 25-də Qəbələdə eyniadlı komandanın qonağı olacaq. İyulun 31-dəki sınaq oyunununda “Şəfa” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Avqustun 7-də isə iki oyunun baş tutması planlaşdırılır. Səhər saatlarında “Neftçi-2” ilə üz-üzə gələcək komandanın axşamkı rəqibi isə “Qarabağ-2” olacaq.