Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə "Nyu Seynts"i (Uels) məğlub edən “Sabah” ölkəmizin UEFA reytinqi xallarını artırıb.
"Football-plus.az" xəbər verir ki, ölkə çempionu səfərdəki (2:1) qələbə sayəsində Azərbaycanın aktivinə 0.250 xal yazılıb. Azərbaycan 19.563 xalla reytinqdə 26-cı sıradadı.
25-ci pillədə 20.750 xalla İsrail qərarlaşıb. 27-ci sırada isə 18.313 xalla Bolqarıstan yer alıb.
Reytinqə 98.520 xalla İngiltərə başçılıq edir.