• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Voleybol Federasiyasından həvəskar addım - KÖŞƏ

Yazarlar

17-01-2023, 11:0

Voleybol üzrə yüksək liqaların 2022/23 mövsümünün reqlamenti dəyişdirilib.

Qurumun klub nümayəndələri ilə görüşündə çempionatların əsasnaməsinə əlavə və dəyişikliklər olunduğu bildirilib. Klubların da razılığına əsasən çempionat nəzərdə tutulduğu kimi 6 yox, 4 dövrədən ibarət olacaq və qalib pley-off mərhələsində müəyyənləşəcək.

Voleybol Mərkəzində təşkil olunan görüşdə çıxış edən qurumun vitse-prezidenti Əbülfəz Hüseynov dəyişikliyin səbəbini belə izah edib: “Azərbaycanda 2023 “Heydər Əliyev ili” olduğundan, federasiya ilin tədbirlər planına bəzi əlavə və dəyişikliklər edib. Mart, aprel və mayda müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan yarışlar keçirəcəyik. Bütün bunları nəzərə alaraq, yüksək liqanın əsasnaməsinə bəzi əlavələr edilib. Belə ki, həm kişi, həm də qadın voleybolçular arasında keçirilən yüksək liqada komandalar 4 dövrədən ibarət olmaqla mübarizə aparacaq və qalib pley-offda müəyyənləşəcək. Dörd dövrənin nəticəsinə görə turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan isə üçüncü ilə üz-üzə gələcək. Yarımfinal mərhələsi iki, final isə üç qələbəyə kimi oynanılacaq”.
Federasiyanın baş katibi Fərid Xəlilov qeyd edib ki, əsasnaməyə edilən dəyişikliklər ölkə çempionatının gərginliyini və marağını daha da artıracaq. Onun sözlərinə görə, qarşıda klubları maraqlı turnirlər gözləyir. Həmin yarışlarda iştirak edəcək komandaların sayı yüksək liqa ilə müqayisədə çox olacaq. Xəlilov vurğulayıb ki, bu yarışlarda 1-ci liqa komandalarının da iştirakı planlaşdırılır.

Yeri gəlmişkən, kişi voleybolçular arasında yüksək liqanın yanvarın 12-də keçirilməli olan “Neftçi” - “Xarı bülbül” görüşü birincilərin oyunçularının xəstələnməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. “Neftçi” rəhbərliyi bununla bağlı müraciət edib. Klubun müraciətində bildirilib ki, əksər oyunçular hazırda ölkədə geniş yayılan qrip virusundan və yüksək hərarətdən əziyyət çəkir və məşqlərdə iştirak edə bilmir. Bu səbəbdən federasiya qarşılaşmanın başqa vaxta keçirilməsini qərara alıb. Bu yerdə xatırladaq ki, qadın voleybolçular arasında yanvarın 11-də keçirilməli olan yüksək liqanın 2-ci turunun “Murov” - UNEC matçı da eyni səbəbdən təxirə salınıb. Beləliklə, iki gün öncə yalnız MOİK – “Murov” oyunu baş tutub. İlk turda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Murov” “həbrçilər”ə də şans tanımayıb - 3:0 (25:15, 25:11, 25:17). Dünən isə qadınlar arasında yüksək liqada yeni ilin ilk matçı baş tutub. “Azərreyl” çətinlik çəkmədən “Abşeron"u məğlub edib - 3:0 (25:18, 25:18, 25:21).

Bütün bunlar rəsmi hissə idi. İndi isə “bədii” hissəyə keçid alaq. Voleybol Federasiyasının 1 turdan sonra əsasnamədə dəyişikliyə getməsi, yəqin ki, analoqu olmayan hadisədi. Bu addımın peşəkarlıqla yaxından-uzaqdan əlaqəsi yoxdu, ola da bilməz. Adama sual sevərlər ki, 2023-ün Heydər Əliyev ili olduğu indi yadınıza düşdü? Axı Prezident İlham Əliyev bununla bağlı ötən il noyabrın 28-də sərəncam imzalayıb. Mövsümə isə dekabrın 15-də start verilib. Yəni bu müddət ərzində əsasnamədə dəyişiklik ertmək olmazdı? Burdan belə qənaətə gəlmək olar ki, sadəcə, diqqətsizliyə yol verilib. İndi isə əl-ayağa düşərək səhvlərini düzəltməyə çalışıblar. Amma necə deyərlər, qaş düzəltdikləri yerdə göz çıxarıblar...

Ümumiyyətlə, böyük təəssüf hissi ilə qeyd edək ki, son illərdə voleybol çempionatları, sadəcə, görüntü xatirinə təşkil olunur. Mövsümün gedişində dəyişikliklər edilməsi turnirin ayaqlar altında olan nüfuzunu daha da aşağı salır. Komanda sayının azlığı da bir dərddi. Düzdü, buna görə federasiya rəhbərliyini qınamaq fikrində deyilik. Onsuz da son illər voleybola yaxın duran, klubları maliyyələşdirən şirkətlər, sponsorlar qeybə çəkilib. Bu üzdən yükün böyük hissəsi məhz federasiyanın üzərinə düşür. Təşkilatçılığa görə isə məhz qurum cavabdehdi və bu işə həvəskar yanaşma qəbulolunmazdı. Sadəcə, ayıbdı, cənablar, ayıbdı...

KƏNAN HƏSƏNOV

Paylaş:
Digər xəbərlər

İdman

4-05-2022, 13:0

Türkiyə millisi Azərbaycanda

İdman

6-01-2023, 16:0

Növbəti turun oyunlarının vaxtı bəlli oldu

İdman

4-05-2022, 22:0

Moldova yığması Azəbaycana gəldi

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə