• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Uels futbolunun lideri karyerasını bitirdi - YAZI

Dünya futbolu / Manşet

17-01-2023, 10:0

Qaret Beyl 2023-cü ilin əvvəlində futbolçu həyatı ilə bağlı vacib qərar verdi.

O, yanvarın 9-da sosial şəbəkə hesabı vasitəsilə uelsli futbolsevərləri və pərəstişkarlarını məyus etdi. Uels millisinin hücumçusu 33 yaşında karyerasını başa vurduğunu açıqladı.

Böyük oyunçu yaşıl meydandan getdiyini bəyan edərkən ağla gələn ilk fikir onun karyerasının əsas məqamları olur. Qeyri-ixtiyari şəkildə dönüb geriyə nəzər salırsan, onun keçdiyi yolu qısa müddətdə göz önünə gətirirsən. Və ani olaraq futbolçu həyatını bir sözlə ifadə etmək istəyirsən. Qısası, Beylin nümunəsində onun malik olduğu potensialını meydanda nə dərəcədə əks etdirməsi ilə bağlı sual ortaya çıxır.

64 illik həsrətə son qoyan lider
Bu məqamda sonuncu epizod diqqəti daha çox cəlb edir. Qaret karyerasının son oyunlarını milli formada keçirib. Qətərdə ötən ilin son iki ayında təşkil edilən dünya çempionatının iştirakçısı olub. Nəhəng turnir onun komandası üçün uğursuz alındı. Uels yığması qrupda 1 xal qazanmaqla İngiltərə, ABŞ və İrandan sonra sonuncu yeri tutaraq evə erkən qayıtdı. Amma belə zəif nəticəyə görə Beyli günahlandırmaq da olmur. Əvvəla o, ABŞ ilə ilk oyunda (1:1) penaltini dəqiq yerinə yetirməklə komandanı məğlubiyyətdən xilas etdi. İkinci vacib fakt onun yığmanın 1958-ci ildən sonra ilk dəfə mundiala yollanmasında böyük rol oynamasıdı. Zarafat deyil, hücumameyilli yarımmüdafiəçi seçmə turnirin pley-offunda əvvəlcə Avstriyanın (2:1) qapısına iki dəfə yol tapdı, Ukrayna ilə həlledici matçda (1:0) isə Andrey Yarmolenkonun topu öz qapısına yönəltməsinə səbəbkar oldu. Uels 64 illik həsrətə böyük ölçüdə onun sayəsində son qoydu.

Və nəhayət, dünya çempionatına az qalmış sonuncu klubu “Los Anceles” ilə MLS-in çempionluğunu qazandı. Özü də bu uğurunu maksimum dərəcədə öz üslubunda reallaşdırdı. Noyabrın 5-də keçirilən finalı xatırlamamaq olmur. “Filadelfiya” ilə matçın əsas vaxtı 2:2 hesabı ilə nəticələndiyi üçün əlavə yarım saat da oynamaq lazım gəldi. Rəqib 120+4-cü dəqiqədə 3-cü qolu vurarkən hamı kaliforniyalıların qızıl medalları əldən verdiyini düşünürdü. Lakin 4 dəqiqə sonra səhnəyə çıxan Beyl hesabı bərabərləşdirdi. Bu, xarakterik olaraq onun pley-off mərhələsindəki ilk qolu oldu. Qaretin bəxtindən “Los Anceles” penalti seriyasında qalib gəldi!

Baxımlı və həlledici qolların müəllifi
Beyl karyerası ərzində kifayət qədər baxımlı qolların müəllifi olub. Belə qolları “You Tube” saytında izləmək üçün uzun vaxt tələb olunur. Amma o, vacib oyunların həlledici qollarının müəllifi kimi də tanınıb. “Filadelfiya” azarkeşlərini son saniyələrdə necə məyus etdiyini xatırlatdıq. Bu siyahıya düşən unudulmaz matçları da qısaca yada salaq: uzunsaç uelsli “Real”ın formasında 2014-cü ildə İspaniya kubokunun finalında “Barselona”nın, həmin il Çempionlar Liqasının (ÇL) finalında “Atletiko”nun, 2018-ci ildə isə ÇL-in finalında “Liverpul”un qapısına (iki dəfə) yol tapıb.

Siyahı yetərincə cəlbedici görünür. “Real”ın formasını 2013-22-ci illərdə qoruyan futbolçu karyerası ərzində “Sauthempton” (2006-07) və “Tottenhem”də (2007-13, 2020-21) də oynayıb. “Tottenhem”in 2010-cu illərin əvvəllərində İngiltərə premyer-liqasında müntəzəm ilk “4-lüy”ə düşməsində və ÇL-də az-çox iddialı komanda kimi görünməsində müstəsna xidmətləri olub. Bu faktı xüsusi qeyd edək: Qaret 2010-cu il oktyabrın 20-də “İnter”in qapısına üç dəfə yol tapmaqla bu turnirin tarixinə het-trik edən ilk uelsli kimi düşüb.

Və əlbəttə ki, milli komandanın onun dövründəki nailiyyətini də vurğulamalıyıq. Uels yığması məhz Beyllə birgə üç böyük turnirin – AÇ-2016, AÇ-2020 və DÇ-2022-nin iştirakçısı olub. Bu turnirlərdən ikisində pley-offa adlayıb, 2016-cı ildəki qitə çempionatında isə ən güclü 4 komanda sırasına düşüb. Qaretin milli formada 2006-22-ci illərdə 111 oyuna 41 qol vurduğunu da bildirək.

100 milyon avroluq futbolçu
Onun karyerasının yetərincə uğurlu alındığını demək olar. Əllbəttə, bu fikri böyük ölçüdə klublardakı çıxışına görə iddia etmək mümkündü. “Real”la 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə ölkə kuboku və superkubokunu, 5 dəfə Çempionlar kubokunu, 2 dəfə Avropa superkubokunu, 4 dəfə isə Klublararası dünya çempionluğunu qazanıb.

O, həm də 100 milyon avroluq futbolçu kimi tanınıb. “Real” Qaretə görə bu qədər təzminatı 2013-cü ildə “Tottenhem”ə ödəyib. Sözsüz, transfer haqqının əvəzini mükəmməl çıxışı ilə artıqlamasıyla verib. O, İspaniya nəhənginin tarixinə adını böyük hərflərlə yaza bilib.

Qolf düşkünü olan peşəkar
Adama elə gəlir ki, hər şey çox sadədi: böyük karyeraya malik böyük futbolçu. Ancaq onun potensialını yaşıl meydanda nə dərəcədə əks etdirdiyi ilə bağlı sual necə ortaya çıxır? Bu isə cavabsız deyil. Qaretin “Real”dakı karyerasının son illəri başdan-ayağa arzuolunmaz mənzərədən xəbər verib. Zədə sindromuna tutulan uelsli uzun müddət meydanda və hətta ehtiyat oyunçular skamyasında görünməyib. Belə vəziyyətdə böyük məbləğdə maaş alan futbolçunun özxoşuna klubu tərk etmək istəməməsi onu ciddi tənqidlərin obyektində saxlayıb. Bir sözlə, ağ formadakı ilk illərində qazandığı alqış və hörməti sonradan sağa-sola xərcləyib. Onu mənfəətpərəstlikdə ittiham edənlər az olmayıb.

Bəziləri Beylin “Real”da futboldan çox şəxsi ehtirası olan qolf oynadığını da iddia etmişdi. Lakin bu fikir yalnız o, Madriddəki son illərində zədə üzündən oynaya bilməyəndə açıq şəkildə dilə gətirilmişdi. Çünki qolfa həddən artıq bağlanmasına baxmayaraq, əsas işinə həmişə peşəkarcasına yanaşıb. Bu baxımdan Uels yığmasındakı nümunəvi çıxışını da unutmaq olmaz.

Deməli, problem əsasən ona bəslənilən ümidlərlə bağlıdı. Beylin 2014-cü ildə İspaniya kubokunun finalındakı qaçışını karyerasının qürub çağında da təkrarlaması arzu edilirdi. Bu halda “You Tube” izləyiciləri yenə bu saytda belə qaçışları dəfələrlə izləmək imkanı qazanardılar. Amma görünür, Kriştiano Ronaldodan fərqli Qaret bunu özü istəmirdi, belə sıçrayışlara daha meyl etmirdi. O, asanlıqla Çinə, Qətərə və ya Səudiyyə Ərəbistanına yollana bilərdi. Bu ölkələrdə statistik göstəricilərini daha da artırmaq şansı vardı. Lakin sakitcə Madriddə yaşamaqdan, qolf oynamaqdan, ailəsi ilə birgə olmaqdan və yığmadakı çıxışından həzz almağa üstünlük verdi. Əlbəttə, onun belə seçiminə görə öz həqiqəti və fəlsəfəsi var və Beyl seçdiyi yola görə hörmətə layiqdi. Yəqin ki, futbolçu həyatının son illərində karyera və işin onun üçün artıq prioritet olmadığını düşünürdü.

Hər halda, uzun illər ərzində böyük zəhmətə qatlaşaraq özü üçün kifayət qədər böyük karyera qura bilmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-06-2022, 18:0

Beyl Madriddə qala bilər

Dünya futbolu

9-01-2023, 20:0

Beyl karyerasını bitirdi

Dünya futbolu

30-06-2022, 20:0

Avtoqol Beylin hesabına qol kimi yazıldı

Dünya futbolu

23-06-2022, 13:0

Beylin “Kardiff Siti”nin bazasında nə işi var?

Aktual
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
Son xəbərlər
  • Bu gün, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Bu gün, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Bu gün, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Bu gün, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Bu gün, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Bu gün, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Bu gün, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Bu gün, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Bu gün, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Bu gün, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Bu gün, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Bu gün, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Bu gün, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Bu gün, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Bu gün, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Bu gün, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Bu gün, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 248
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə