"Neftçi" Elvinlə yeni müqavilə imzaladı

20.06.2026 20:30 13
Ölkə futbolu
“Neftçi” Elvin Camalovla müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, dayaq yarımmüdafiəçisi ilə yeni "1+1" illik müqavilə imzalanıb.

2025-ci ilin yanvarında transfer olunmuş Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.

Xatırladaq ki, "Neftçi" daha öncə Rüfət Abbasovu və Qustavo Klismanı heyətinə qatıb.