Baş məşqçi Azər Bağırovun gedişindən sonra klub hələ də bu postu kimin tutacağını açıqlamayıb. Çox güman, rəhbərlik seçim etməkdə çətinlik çəkir. Digər tərəfdən, geniş yayılmış bir fikir də var ki, Gəncənin futbol ictimaiyyəti – futbol veteranları, azarkeşlər bu şəhərdən olmayan mütəxəssisin “Kəpəz”in baş məşqçisi kimi fəaliyyət göstərməsinə imkan vermirlər.
“Football-plus.az” bu məqamla bağlı “Xəmsə” fanklubunun rəhbəri Müşfiq Məmmədovun fikrini öyrənib:
“Başqalarının adından danışmaq mənə düşməz. Hərənin öz ağlı var. İndiyə qədər kiminləsə hər hansı ədavətimiz olmayıb. Bizim üçün həmişə prioritet “Kəpəz”in güclü olmasıdı, komandanı kimin çalışdırması yox”.
İSRAYIL XEYRULLAYEV





