DÇ-2022-nin seçmə turnirinin Uels – Ukrayna həlledici pley-off oyununda vurulan qolla bağlı qərar verilib.
"Football-plus.az" xəbər verir ki, iyunun 5-də Kardiffdə keçirilən final matçında Qaret Beylin yerinə yetirdiyi cərimə zərbəsindən sonra topa başı ilə toxunan Andrey Yarmolenko onu öz komandasının qapısına yönəltmişdi.
Ev sahibləri avtoqolla qalib gələrək bu ilin sonunda Qətərdə keçiriləcək mundiala vəsiqə qazanmışdılar. Lakin Uels yığmasının “tvitter” səhifəsində yerləşdirilən məlumata görə, epizod texniki cəhətdən yenidən dəyərləndirilib və avtoqolun Beylin hesabına qol kimi yazılmasına qərar verilib.