• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Murad Musayev böhranın səbəbini bilmir? - KÖŞƏ

Manşet / Yazarlar

23-12-2022, 13:0

Azərbaycan kuboku uğrunda mübarizənin daha bir mərhələsini geridə qoyduq.

1/4 final iştirakçılarının hamısı premyer-liqa təmsilçiləri olduğundan, məhz bu mərhələdə güzəştsiz mübarizə gedəcəyini gözləmək olardı. Təxminlər qismən doğruldu. Daha doğrusu, favoritlərin, demək olar ki, böyük əksəriyyəti qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədi. Heç bir komandanın futbolçuları, yaxud da məşqçiləri deyə bilməz ki, onlar titul qazanmaq istəmir. Ona görə də “Qarabağ”la “Sabah”ın ilk ciddı sınaqda “ağ bayraq qaldırıb”, kubokdan kənarda qalmasını bu komandalar adına uğursizluq kimi qiymətləndirməliyik.

“Qarabağ”ın “Qəbələ”yə uduzmasına hardasa bəraət qazandırmaq mümkündü. “Sabah” üçün isə bəraət tapmaq xeyli çətindi. “Köhlən atlar” yaydan bəri gərgin qrafikdən əziyyət çəkib, xeyli güc itirib. İlin sonuna doğru da bu yorğunluq özünü daha çox göstərir. Məcburi rotasiyaya əl atan Qurban Qurbanovun budəfəki planı özünü doğrultmadı. “Sabah”ın isə belə gərgin qrafikdən şikayətlənməyə haqqı çatmır. Komanda Azərbaycanı avrokuboklarda təmsil etməyib. Bu mənada Murad Musayevin işi xeyli asan olub. Rusiyalı mütəxəssis yayda normal proqram qurub və buna uyğun komandasını Misli premyer-liqasının və Azərbaycan kubokunun oyunlarına hazrlamaq imkanı qazanıb. İkinci məqam rəqiblərin adıyla bağlıdı. Siz də razılaşarsız ki, “Qəbələ” ilə “Səbail”i tərəzinin eyni gözünə qoymaq mümkün deyil. “Qırmızı-qaralar” yaxşı günlərini çoxdan geridə qoysa da, yenə də “bərk qoz” sayılır. “Qəbələ” yaxşı başa düşür ki, kubok avrokuboklara gedən yolu xeyli qısaldır. Ona görə də Elmar Baxşıyevin komandası bütün gücünü bu yarışa qoyur. Mahmud Qurbanova olan bütün hörmətimizə rəğmən, onun komandası haqda eyni sözləri deyə bilmərik. Premyer-liqada uğursuz çıxış edən “Səbail” buna uyğun olaraq da turnir cədvəlində sonuncudu.

Bütün bu məqamları nəzərə alanda “Sabah”ın “Səbail”i asanlıqla keçəcəyini proqnozlaşdırmaq olardı. İlk oyundakı məğlubiyyət belə Murad Musayevin komandasının şanslarının üstündən tam xətt çəkməmişdi. İlk dəqiqələrdən azlıda qalan Masazır təmsilçisi rəqibin qapısına iki dəfə yol tapmış, hesab arasındakı fərqi minimuma endirmişdi. Bununla da, demək olar ki, “Sabah” cavab görüşü ərəfəsində yarımfinala yüksəlmək üçün yaxşı şans qazanmışdı. Mövsümün ən güclülərindən olan “bayquşlar” üçün doğma meydanda iki top fərqi ilə qalib gəlmək çətin olmamalıydı. Qapını toxunulmaz saxlamaq və hər hissədə “Səbail”i bir dəfə məyus etmək yetərli idi. Heyətində yüksəködənişli legionerlər olan, ölkənin ən zəngin klublarından biri sayılan “Sabah” üçün bu tapşırıq elə də çətin olmamalıydı. Oyunun axarı göstərdi ki, qonaq komanda da özünü bu ssenariyə hazırlayıb. İlk hissədə “Səbail”, ümumiyyətlə, hücum etməyə həvəs göstərmir, mümkün qədər qapısının toxunulmazlığının qayğısına qalırdı. Görünən o idi ki, səviyyə fərqi də qonaqların gözünü qorxudur, onlar ən yaxşı halda minimal hesabla uduzub, əlavə vaxta, hətta penaltilərə də ümid bəsləməyə hazırdı.

“Səbail” gördu ki, “Sabah”ın hücumlarının kəsəri yoxdu, rəqibin futbolçuları kubokun yarımfinalına yüksəlmək həvəsi ilə alışıb-yanmır. Bundan sonra oynamaq “dənizçilər” üçün daha da asan oldu, psixoloji gərginlik yerini rahatlığa buraxdı. Təsadüfi deyil ki, Zakpanın qolu belə “Sabah”ı yuxudan oyatmadı. Meydan sahibləri uğursuz axarı dəyişmək üçün böyük qüvvə ilə irəli atılmadı, meydanda can qoymadı. Oyundan sonra Murad Musayevin açıqlamalarına diqqət etdim və rusiyalı çalışdırıcının əksər sözləri mənə səmimi gəlmədi. Deyir ki, ilk görüşdə uduzmaları onlara problem yaradıb, rəqib özünü rahat hiss edib. Ona qalsa, “Kəpəz” də ilk oyunda uduzmuşdu, özü də doğma meydanda. Tovuzda keçirilən cavab görüşünün startı da faciəvi alındı, “Turan Tovuz” qısa müddətdə iki qol vurdu. Bu hesab üç top fərqi ilə geri düşmək demək idi. Amma gəncəlilər təslim olmadı, fasiləyə qədər hesabı bərabərləşdirib, psixoloji üstünlük qazandılar. Son dəqiqələrdəki məlum epizod olmasaydı, yarımfinala yüksəlmək də mümkün idi. Halbuki gəncəli futbolçular 0:2 hesabıyla geri düşəndən sonra “ağ bayraq qaldıra” bilərdilər.

Belə çıxır ki, “Kəpəz”in futbolçuları həm psixoloji, həm də fiziki baxımdan “Sabah”ın “milyonçular”ından daha güclüdü?! Hər halda, belə sualların cavabını Murad Musayev bizdən yaxşı bilməlidi. Ən azı komandanın baş məşqçisi odu. Uğura sevinib, təriflərdən məst olduğu kimi, tənqidlərə də dözməli, böhrandan çıxış yolu tapmalıdı. Ən vacibi isə səmimi olmaqdı. Nədənsə mənə elə gəlir ki, Musayev son vaxtlar səmimi deyil.

AMAL

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

29-10-2022, 12:0

Zirvə yarışında çətin duruma düşən "Qarabağ" - TƏHLİL

Manşet / Yazarlar

8-12-2022, 13:0

Uğursuzlar üçün ikinci şans - KÖŞƏ

Ölkə kuboku / Manşet

22-12-2022, 16:0

Çempionatın liderləri yarımfinaldan kənarda qaldı

Aktual
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
Son xəbərlər
  • Bu gün, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Bu gün, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə