• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Uğursuzlar üçün ikinci şans - KÖŞƏ

Manşet / Yazarlar

8-12-2022, 13:0

Bu gün Azərbaycan kubokunda 1/4 final oyunları start götürür. Təəssüf ki, premyer-liqadan sonra ölkə kubokuna da titul sponsoru tapmaq mümkün olmadı. Halbuki sponsorun gəlişi bu yarışa marağı xeyli artırardı. Sponsorun köməyi ilə təkcə iştirakçıların motivasiyası artırılmayacaqdı, həm də tamaşaçıların tribunaya cəlb edilməsi üçün yeni stimul tapılacaqdı. Yaxşı yadımdadı, artıq mövcud olmayan “NBC Bank” birvaxtlar ölkə kubokuna sponsorluq edirdi. Kubokun finalında azarkeşlər üçün avtomobil də uduşa qoyulmuşdu. Respublika stadionunun tribunalarında əməlli-başlı anşlaq yaşanırdı, qələbəlik idi. Azarkeşlik etdiyi komanda finalda iştirak etməyənlər belə avtomobil qazanmaq həvəsi ilə bilet alıb, finala baxmağa gəlmişdilər. Zənnim məni aldatmırsa, ondan sonra ölkə kubokuna sponsor tapılmayıb. Beləcə kubok uğrunda mübarizə də sönük keçir. Əvvəllər bayram ab-havasında baş tutan final oyunlarının indi sıradan bir qarşılaşmaya çevrilməsi də öz yerində.

Dünya praktikasında kubok yarışı sözün əsl mənasında futbol bayramına çevrilir. Çünki aşağı liqa təmsilçiləri də bu yarışa qatılır, kütləvilik artır. Belədə nisbətən zəif komandalarda forma geyən futbolçular üçün özlərini göstərmək baxımından yeni fürsət yaranır. Həmin komandaların azarkeşləri də yeni bir həyəcan yaşayır, öz sevimlilərini güclü rəqiblərə qarşı oyunlarda dəstəkləyir. Kubokun qalibinin avrokuboklara vəsiqə qazanması da onları bu yarışa daha da həvəsləndirir. Çempionatda mükafatlara layiq yer tutub, avrokuboklarda iştirak şansı qazanmayanlar kuboka xüsusilə köklənir, bu qənimətə Avropaya daha qısa yol kimi yanaşırlar. Dəfələrlə olub ki, aşağı liqa təmsilçiləri, yaxud da elitanın autsayderləri məhz bu yolla özləri üçün Avropaya yol açıblar. Avrokuboklarda iştirak belə komandalar üçün həm də yaxşı maddi qazanc əldə etmək, büdcəni zənginləşdirmək fürsətidi.

Çox təəssüf ki, ölkəmizdə kubok yarışında kütləviliyə rast gəlmirik. Onsuz da Azərbaycanda peşəkar klubların, liqaların sayı xeyli azdı. Premyer-liqadan başqa, təkcə birinci divizionda peşəkarlar yarışır. Orda da iştirakçıların çoxu elita təmsilçilərinin əvəzedici komandalarıdı. Belədə kubok mübarizəsinə qoşulan klubların da sayı çox olmur. Aşağı liqa iştirakçılarının əksəriyyəti kubok uğrunda mübarizədə şanslarının olmamasıyla əvvəlcədən razılaşır, bu yarışa maraq göstərmir. Fikirləşirlər ki, onsuz da uduzmağa məhkumuq, nə üçün əlavə xərcə düşək? Sözün düzü, Azərbaycan reallıqlarını nəzərə alanda, divizion təmsilçilərinə haqq qazandırmaya bilmirsən. Həqiqətən də aşağı liqa təmsilçilərinin vəziyyəti xeyli acınacaqlıdı. Məskunlaşdığı Olimpiya İdman Kompleksinin işıq pulunu ödəyə bilməyən “Zaqatala”dan kubok mübarizəsinə qatılmadığı üçün necə inciyək? Aşağı-yuxarı birinci divizion iştirakçılarının hamısının vəziyyəti eynidi. Elə maddi problemlərin nəticəsidi ki, onlar normal heyət formalaşdıra da bilmir. Nəticədə premyer-liqa komandaları ilə divizion təmsilçiləri arasında uçurum yaranır. Belədə özünü “artıq xərcə” salıb, kubok mübarizəsinə qatılanlar da ilk mərhələdə ağır məğlubiyyətə uğrayır, mübarizədən kənarda qalır.

Özündə cəsarət və pul tapıb, kuboka qatılan “Araz Naxçıvan”, “Mingəçevir”, MOİK və “Qaradağ Lökbatan” üçün mübarizə elə ilk oyunda başa çatdı. Birinci divizion təmsilçilərinin heç birinin rəqib qapılarına yol tapa bilməməsinin özü belə aradakı uçurumun göstəricisidi. Artıq kuboka iddialı 8 komanda qalıb ki, onların da hamısı elita təmsilçisidi. Bundan sonrakı mübarizə gücləri bir-birinə yaxın komandalar arasında gedəcək. Düzdü, premyer-liqadakı nəticələrə, turnir cədvəlindəki şəkillənməyə baxanda müəyyən nəticələrə gəlmək, cütlərdə favoritləri indidən müəyyənləşdirmək mümkündü. Amma bir şeyi unutmaq lazım deyil ki, kubok oyunları sürprizləri sevir. Bu da kimin konkret matçlara daha yaxşı, motivasiyalı hazırlaşmasından, ələ düşən fürsətlərdən maksimum yararlanmasından asılıdı. Ümid edək ki, biz də Azərbaycan kubokunun 1/4 final mərhələsində belə xoş sürprizlərlə qarşılaşacaq, gərgin mübarizə izləyəcəyik.

Kubokun 1/4 final mərhələsinin qarşılaşmaları xüsusilə də “Neftçi” və “Kəpəz” üçün prinsipial görünür. “Ağ-qaralar” “Qarabağ”la oyunda aldığı ağır məğlubiyyətin acısını azarkeşlərə unutdurmalı, gələcək üçün ümid verməlidi. “Kəpəz”in də düşdüyü vəziyyət oxşardı. Gəncəli azarkeşlər sevimli komandalarına münasibətdə çox tələbkardı. “Sumqayıt”a məğlubiyyət onların əhvalını lap korlayıb. “Kəpəz”in azarkeşlərin könlünü almaq üçün tək yolu “Turan Tovuz”u məğlub etməkdi. Həm “Neftçi”, həm də “Kəpəz” bu fürsətdən yararlanmalı, uğursuzluqları unutdurmalıdı. Əksinə olsa, böhran daha da dərinləşəcək.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

28-07-2022, 20:0

Bu şirkət premyer-liqanın yeni sponsoru olacaq

İdman

15-10-2022, 14:0

Azərbaycan kuboku start götürdü

Dünya futbolu

17-10-2022, 11:0

Asiya kubokuna bu ölkə ev sahibliyi edəcək

Aktual
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
Son xəbərlər
  • Bu gün, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:38
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" "Sabah"a qarşı - YENİLƏNİR
  • Bu gün, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Bu gün, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Bu gün, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Bu gün, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Bu gün, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Bu gün, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Bu gün, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Bu gün, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Bu gün, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Bu gün, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Bu gün, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Bu gün, 11:23
    Flik niyə tələsmir?
  • Bu gün, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Bu gün, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Bu gün, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Dünən, 22:39
    “Barselona” inadından dönmür
  • Dünən, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Dünən, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Dünən, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Dünən, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Dünən, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Dünən, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Dünən, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Dünən, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Dünən, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Dünən, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 18:55
    "Qarşılaşmaya tam hazırıq" - Siyasət Əsgərov
Daha çox
Oxunub: 238
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 206
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 179
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 144
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 141
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə