• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempionatın liderləri yarımfinaldan kənarda qaldı

Ölkə kuboku / Manşet

22-12-2022, 16:0

Ölkə kubokunun 1/4 mərhələsi başa çatdı. Xatırladaq ki, 1/8 finaldan fərqli bu dəfə komandalar iki matçın nəticəsinə görə qalibi müəyyənləşdirdi.

Football-plus.az xəbər verir ki, dekabrın 19-da azarkeşlər iki oyuna şahidlik etdi. Qəbələdə keçirilən görüşdən əvvəl çoxları “Qarabağ”ın şansını yüksək qiymətləndirirdi. Baxmayaraq ki, Bakıda keçirilən ilk matç 2:2 hesabı ilə başa çatmışdı. Ehtimalların əksinə, Elmar Baxşıyevin çalışdırdığı komanda sürpirizə imza atdı. “Qırmızı-qaralar” intizamlı oyunla “köhlən atlar”ı mübarizədən kənarlaşdıra bildi. Ramon Maçadonun qolu qarşılaşmada həlledici oldu.

Günün ikinci qarşılaşmasının nəticəsi də hamını təəccübləndirdi. “Səbail” ilk görüşdə “Sabah”ı üstələyərkən əksəriyyət bunu “tələbələr”in azlıqda qalması və bəxt amili ilə əlaqələndirsə də, Masazırdakı oyunda Mahmud Qurbanov və yetirmələri futbolda təsadüfün olmadığını sübut etdi. “Dənizçilər” Murad Musayevin çalışdırdığı komandanı ardıcıl ikinci dəfə məğlub etməklə adını yarımfinala yazırdırmağı bacardı.

İkinci oyun günündə ilk görüş Tovuzda keçirildi. Gəncədə baş tutan matçda “Turan Tovuz” “Kəpəz”i məğlub etməklə müəyyən üstünlük qazansa da, cütün taleyinə məhz Tovuzda aydınlıq gəlməliydi. Maraqlı və gərgin keçən 90 dəqiqədə futbol adına hər şey var idi. Vurulan 4 qol, mübahisə doğuran hakim qərarı, futbolçular arasında dava-dalaş... Ancaq sonda sevinən tərəf “boz qurdlar” oldu. İlk oyundakı 1 top üstünlüyü ilə əldə olunan qələbə Ayxan Abbasovun komandasını yarımfinala daşıdı.

Dekabrın 8-də Zirədə keçirilən oyunda eyniadlı komandaya minimal hesabla uduzanda, demək olar ki, 7-dən 77-yə hər kəs “Neftçi”ni asıb-kəsirdi. Ancaq həmin adamlar unudurdu ki, kubok duelləri iki oyundan ibarətdi. “Bakcell Arena”da keçirilən cavab görüşündə “ağ-qaralar” favorit adını doğruldaraq rəqibi məğlub etməyi bacardı. Düzdü, qarşılaşmanın taleyi əlavə vaxtda həll olundu. “Zirə” “Neftçi” azarkeşlərinin əsəbləri ilə oynamağı bacardı. Ancaq istənilən halda paytaxt təmsilçisi cütün qalibi kimi yoluna davam edəcək.

Kubok qarşılaşmaları bir daha göstərdi ki, futbol arxayınlaşmağı, “boşalmağı” sevmir. 1/4 finaldan öncə, demək olar, hamı “Qarabağ”ın “Qəbələ”ni, “Sabah”ın “Səbail”i asanlıqla keçəcəyini düşünürdü. Ancaq yekun nəticələr tam fərqli oldu. Yarımfinal oyunları isə gələn ilin aprelində keçiriləcək. Ona kimi hələ xeyli vaxt və ən əsası komandaların ixtiyarında bir “transfer pəncərə”si var. Kağız üzərində “Neftçi” titul qazanmağa yaxın görünsə də, digər yarımfinalçılar da qış fasiləsində heyəti gücləndirib avrokuboklara vəsiqə qaznamaq üçün ən qısa yoldan maksimum yararlana bilər.
Azərbaycan kuboku

1/4 final, cavan oyunları

19 dekabr
Qəbələ - Qarabağ 1:0
(ilk oyun - 2:2)
Sabah – Səbail 0:1
(ilk oyun - 2:3)

20 dekabr
Turan Tovuz – Kəpəz 2:2
(ilk oyun - 2:1)
Neftçi – Zirə 3:1
(ilk oyun - 0:1)

Yarımfinal oyunları aprelin 19-u və 27-də keçiriləcək:

Qəbələ - Səbail
Turan Tovuz – Neftçi.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

6-09-2022, 13:0

Lider büdrədi, “Neftçi” xal fərqini azaltdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

13-09-2022, 12:0

Çempion zirvəyə yüksəldi - TURUN ŞƏRHİ

Premyer-liqa

12-10-2022, 21:0

“Səbail” autsayderlər qrupundan uzaqlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

9-08-2022, 13:0

Rahat "Qarabağ", ehtiyatlı "Neftçi", ümidləri doğrultmayan "Sumqayıt" - TURUN ŞƏRHİ

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə