“Real” 21-ci əsrdə braziliyalılarsız ötüşməyib.
Football-plus.az xəbər verir ki, “kral klubu”nun formasını rəsmi oyunlarda 16 braziliyalı futbolçu geyib.
Madridlilər sonuncu dəfə 1996/97 mövsümündə - əfsanəvi müdafiəçi Roberto Karlosun komandaya gəlişi ərəfəsində braziliyalıların xidmətinə ehtiyac duymayıb. DÇ-2002-nin qalibi braziliyalıların “Real”da oyun sayına görə rekordunu uzun müddət özündə saxlasa da, sonradan digər cinah müdafiəçisi Marseloya uduzub. “Real”ın 21-ci əsrdəki bütün braziliyalıları:
oyunçu il oyun qol
Roberto Karlos 1996-2007 527 70
Savio 1997-2002 160 30
Flavio Konseysao 2000-03 74 2
Ronaldo 2002-07 177 103
Robinyo 2005-08 137 35
Julio Batista 2005-06 78 13
Sisinyo 2006-07 32 3
Marselo 2007-22 546 38
Emerson 2006-07 34 1
Kaka 2009-13 120 29
Kazemiro 2013-22 336 31
Lukas Silva 2015 9 0
Danilo 2015-17 56 3
Vinisius Junior 2018-indi 191 46
Rodriqo 2019-indi 127 25
Eder Militao 2019-indi 108 7