• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sent Conston” fanatları “Əskişəhərspor”a yardım edib!

Dünya futbolu

20-11-2022, 14:0

Türkiyəyə qarşı yoldaşlıq oyununda öz komandalarını dəstəkləmək üçün Diyarbəkirə gələn şotlandiyalı fanatlar şəhərdən məmnun ayrılıblar.


Football-plus.az xəbər verir ki, onlar öz ənənələrinə uyğun geyimləri ilə şəhərin tarixi abidələrini və turistlər üçün olan məkanları ziyarət ediblər. Tarixi məkanlardan sayılan “Denqbej evi”ni ziyarət edən qonaqlar yerli mətbəxi də bəyəniblər. Onlar yerli əhali ilə çoxlu şəkillər də çəkdiriblər. Şotlandiyadan gələn fanatlardan biri olan Yelena Straçan bunları deyib: “Diyarbəkirdə hər şey mükəmməldi. İnsanlar çox qonaqpərvərdi. Bura tarixi abidlərlə doludu. Yeməkləri də çox dadlıdı. Düzdü, bir qədər uzaqda yerləşir və bura gəlib çıxmaq çətindi. Amma hamıya buranı ziyarət etməyi məsləhət görürəm. Oyunda məğlub olmaq bizi çox da üzmədi. Matçdan öncə də demişdim ki, güclü olan qalib gəlsin. Vaxtımızın çoxunu Diyarbəkiri kəşf etməyə sərf etdik. Bu şəhər həmişə qəlbimizdə qalacaq”.

Valeri Barns adlı fanat isə bunları deyib: “Çox dadlı yeməklər yedik. Yerli insanlar bizi gözəl qarşıladı. Getdiyimiz şəhərləri gəzməyi xoşlayırıq. Buranın polisləri də çox yaxşı işləyir. Fikrimcə, onlar da bizdən razı qaldılar. Məncə, Diyarbəkirə gələcəkdə daha çox oyun verilməlidi”.

Bu arada bu mövzuya uyğun olaraq bir maraqlı xəbəri də diqqətinizə çatdıraq. Şotlandiya təmsilçisi “Sent Conston” dünyada analoqu olmayan və tarixdə nadir görünən bir feyr-pley örnəyi nümayiş etdirib. 10 il öncə, daha dəqiq desək, 2012-ci ilin iyulunda “Sent Conston” “Əskişəhərspor”a rəqib olmuşdu. O vaxt bu komandalar Avropa Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşmışdı. Səfərdən 1:1-lik bərabərliklə dönən Türkiyə təmsilçisi evdəki 2:0-lıq qələbə ilə mərhələni adlayan tərəf olmuşdu. Həmin vaxt “Sent Conston” fanatları Əskişəhərin qonaqpərvərliyinə və gözəlliyinə heyran qalmışdılar. Bu iki klub o vaxtdan belə desək, qardaş klublar sayılırlar. Amma həmin vaxtdan bu yana bu iki kollektiv tam fərqli qrafik cızıb. “Sent Conston” son 10 ildə 2 dəfə ölkə kuboku və 1 dəfə ölkə superkuboku olmaqla 3 titul qazanıb. Sonuncu dəfə superliqada 2015/16-da çıxış edən “EsEs” isə uzun müddətdi ciddi maliyyə böhranı yaşayır. Komanda hazırda 3-cü liqa, yəni 4-cü divizionda çıxış edir və orda da düşmə zonasında qərarlaşıb. Ordan oyanası isə həvəskarlar liqasıdı! “Sent Conston” fanatları “qardaş komanda”ya dəstək olmaq qərarına gəliblər. Ötən həftəsonu daxili çempionatın 16-cı turu çəçivəsində “Motervell”ə qarşı baş tutan ev oyununda (1:1) bu baxımdan diqqətçəkən hadisələr yaşanıb. Fanatlar əvvəlcə 500 biletin pulunu Əskişəhərdə fəaliyyət göstərən uşaq fondlarından birinə göndərdilər. Matçdan öncə isə yardım kampaniyası keçirilib. Klubdan verilən rəsmi məlumatda qeyd olunub ki, bu kampaniya zamanı toplanılan 1961 funt sterlinq (təxminən 45 min lirə) həcmində pul “Əskişəhərspor”a göndərilib. Daha öncə oktyabrın sonlarında “Kilmarnok”a qarşı ev oyununda “Sent Conston” fanatları tribunada üzərində “Əskişəhərspor”u xilas edək” və “Anadolunun ulduzunu sönməyə qoymayaq” sözləri yazılmış bannerlər açmışdılar!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-10-2022, 16:0

Kapone Terimi ziyarət etdi

Premyer-liqa

30-08-2022, 15:0

Türkiyəli məşqçi "Qarabağ"ı ziyarət etdi

Dünya futbolu

6-08-2022, 12:0

Droqba Terimi ziyarət etdi

Aktual
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
Son xəbərlər
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:01
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Dünən, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Dünən, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Dünən, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Dünən, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
  • Dünən, 16:10
    Bu gün Lənkəranda güləş festivalı keçiriləcək
  • Dünən, 15:56
    "Şəfa" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:27
    AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirə yekun vuruldu
  • Dünən, 15:05
    Ölkəmizdən Dünya Millətlər Kubokuna 13 boksçu qatılacaq
  • Dünən, 14:37
    Xəyal müalicə olunmaq üçün Madridə getdi
  • Dünən, 14:06
    “Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
  • Dünən, 13:52
    San Marinoya da yox da!
  • Dünən, 13:33
    “Sabah”ın Bakı seçmələrinə yekun vuruldu
Daha çox
Oxunub: 723
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 258
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Oxunub: 160
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə