Droqba Terimi ziyarət etdi

6.08.2022 12:14 481
Dünya futbolu
Yaxın keçmişə damğa vurmuş oyunçulardan biri olan və Afrikanın gəlmiş-getmiş ən yaxşı oyunçularından sayılan Didye Droqba ''Qalatasaray''dakı sabiq baş məşqçisi Fatih Terimi Bordumda ziyarət edib.

"Football-plus.az" xəbər verir ki, ünlü mütəxəssis bu ziyarətdə çəkilən şəkilləri öz sosial şəbəkədəki səhifələrində paylaşaraq bunları yazıb:

''Futbolda iz buraxan bir karyera üçün çox titul qazanmaq və çox uğurlar əldə etmək sizə istədiyinizi verə bilər. Ancaq geriyə boylanıb karyeranızı vərəqlədikdə sahib olduğunuz xatirələrdən və həyatınızda yer alan insanlardan xoşbəxtlik duyursuzsa, deməli daha çox şeyə nail olmusuz. Bir futbol ikonası sayılan və milyonlarla insan üçün bir futbolcudan daha artığı olan Didye Droqbanı Bodrumda qarşılamaqdan böyük məmnunluq duydum. Ziyarətin, nəzakətin və insanlığın üçün təşəkkür''.


Xatırladaq ki, Droqba ''Qalatasaray''da 2013-ün yanvarından 2014-ün yayına qədər olmaqla 1,5 il forma geyib. Məhşur qoleador bu müddətdə 53 rəsmi oyunda 20 qol, 13 məhsuldar ötürməlik performans sərgiləyərək bir çempionluq olmaqla 3 titul qazanıb.