Bakıda səfərdə olan türkiyəli mütəxəssis Önder Karaveli "Qarabağ"ı və klubun akademiyasını ziyarət edib.
Football-plus.az xəbər verir ki, bazaya gələn mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanov ilə görüşüb və ona növbəti oyunlarda uğurlar arzu edib. 50 yaşlı mütəxəssis ziyarətə görə Önder Karaveliyə təşəkkür edib.
Qeyd edək ki, bir zamanlar "Qarabağ"ın akademiyasında koordinator işləmiş mütəxəssis hazırda Türkiyənin “Beşiktaş” klubunda futbol inkişaf direktoru (Futbol gelişim direktörü) olaraq çalışır.