Dördqat olimpiya çempionu Şakil О'Nil bir neçə Ayın mövcud olduğunu bildirib:
“Mənim yeni nəzəriyyəm ondan ibarətdi ki, bir yox, bir neçə Ay var. Hər şeyi izah edəcəm. Bir neçə gün əvvəl yol gedirdim... Və Ay məndən solda idi. Hərəkəti davam etdirirəm, heç yana dönmürəm. 20 dəqiqə keçir və artıq Ay məndən arxada qalır. Məncə, Ay bir deyil, sayı çoxdu”.
Maraqlıdı ki, 50 yaşlı amerikalı bir müddət əvvəl Yerin kürə formasında yox, yastı olduğu haqda da danışmışdı. Görünür, yaş öz sözünü deyir...
Şakil О'Nil olimpiya və dünya çempionu, MBA-nın dördqat qalibidi. 1996-cı ildə MBA tarixinin ən yaxşı 50 oyunçusu sırasına salınıb.