Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası

20.06.2026 08:08 10
İdman
Kişi və qadın voleybolçulardan ibarət millilərimiz dünən Gümüş Avropa Liqasında növbəti matçlarına çıxıblar.

"Football-plus.az" xəbər verir ki, qadınlardan ibarət yığma İsraillə qarşılaşıb. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz növbəti oyununu bu gün İsveçrə yığmasına qarşı keçirəcək.

Kkişilərdən ibarət komanda isə Macarıstan yığması ilə görüşüb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamız növbəti oyununu sabah Portuqaliya yığmasına qarşı keçirəcək.