1-ci və 2-ci liqada “Ayın qolu” layihəsinin qalibləri mükafatlandırılıb.
"Football-plus.az" xəbər verir ki, 1-ci liqada mükafata "Mingəçevir"in üzvü Elmin Bayramov sahib çıxıb. 2-ci liqada isə "Göygöl"ün üzvü Taleh Hüseynzadə mükafatlandırılıb.
Peşəkar Futbol Liqasının inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev hər iki futbolçuya mükafatı təqdim edib.