Dördqat MBA çempionu Şakil О'Nil “yutub”dakı podkastların birində Yerin düz formada olması ilə bağlı nəzəriyyəyə inandığını bildirib:
“Bu nəzəriyyədi. Bu yalnız nəzəriyyədi, bizə çox şey öyrədirlər. Bu gün təyyarə ilə ABŞ-dan Avstraliyaya 20 saat uçmuşam. Çevrilmədim və başıaşağı uçmadım. Deyirlər ki, Yer fırlanır. Artıq 30 ildi göldə yaşayıram, bir dəfə də görməmişəm ki, göl sola və ya sağa hərəkət etsin”.
50 yaşlı basketbolçu zarafat etdiyini, yoxsa həqiqətən də Yerin düz formada olmasına inandığını dəqiqləşdirməyib. Şakil О'Nil MBA-nın dördqat qalibi olmaqla yanaşı, həm də olimpiya və dünya çempionudu, 1996-da MBA tarixinin 50 ən yaxşı oyunçusu siyahısına salınıb. İdman karyerasını bitirəndən sonra TNT idman telekanalında aparıcı və şərhçi kimi çalışır.