Hazırda Böyük Britaniyada dustaq həyatı yaşayan “Böyük dəbilqə” turnirlərinin altıqat qalibi Boris Bekker tezliklə Almaniyaya deportasiya olunacaq.
Football-plus.az xəbər verir ki, sabiq tennisçi apreldə müflislik haqqında qanunu pozduğuna və aktivlərini gizlətdiyinə görə mühakimə olunub. Mayda isə Oskfordşirdəki Hanterkomb həbsxanasına köçürülüb.
“The Sun” Bekkerin dekabrda azadlığa çıxacağını xəbər verir. Həbsxanadakı qaynaqların adı çəkilən nəşrə verdiyi xəbərə görə, Bekkerin namizədliyi Britaniya həbsxanalarında yükü azaltmaq üçün əcnəbi dustaları vətəninə göndərməyə imkan verən proqram çərçivəsində bəyənilib.