2026/27 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, iyunun 10-dan Bakıda təlim-məşq toplanışı keçirən Qurban Qurbanovun komandası “Zirə” ilə qarşılaşacaq.
“Azərsun Arena”nın məşq meydançasında keçiriləcək görüş saat 18.00-da başlayacaq.
Xatırladaq ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək. Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Bakıda hazırlıq keçən “Zirə” isə iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək. Komanda 25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində olacaq. "Qartallar" burda iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində keçiriləcək.