• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?

Ölkə futbolu / Manşet

20-06-2026, 10:0

Düzdü, başa çatan mövsümü “qızıl dubl”la tamamlayan “Sabah” “Qarabağ”ı ölkədaxili yarışlarda qabaqlaya bildi. Ancaq “köhlən atlar”ın avrokuboklarda imza atdığı uğurları nəinki kölgədə qoymaq, hətta təkrarlamaq belə çətindi. Odu ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komanda “bayquşlar” olsa da, ağdamlıları diqqətdən kənarda saxlaya bilmərik. Çünki futbol nə qədər möcüzələri, istənilən cür sürprizi xoşlasa da, təcrübə bir çox hallarda ön plana çıxır və heç şübhəsiz, qalan komandalarımızın avrokuboklarda “Qarabağ” qədər təcrübə toplaya bilməsi üçün uzun illər lazımdı. Bir çoxu artıq bu yöndə müəyyən qədər biliklərə sahib olsa da…

Kəsəsi, bu gün yenə arzularımızın gerçəkləşməsi üçün böyük ölçüdə “Qarabağ”dan asılı durumdayıq. “Sabah”, “Neftçi” və “Zirə”nin də avrokuboklarda “köhlən atlar”la birgə irəliləyəcəyini ümid edib, sözümüzün canına keçid alaq.

Elvinlə Abbasdan başqa hamı bir yerdə
Ağdamlılar yeni mövsümə hazırlığı sürətlə davam etdirir. Bəli-bəli, sürətlə. Yay təlim-məşq toplanışına hamıdan əvvəl başlayan “Qarabağ” hazırda Bakıdadı. İlk mərhələ iyunun 21-dək davam edəcək. “Köhlən atlar” əvvəlcə paytaxtda yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Onlar “Zirə” ilə qarşılaşacaq. Bu oyun bu gün “Azərsun Arena”nın məşq meydançasında keçiriləcək və saat 18.00-da başlayacaq. Komanda iyunun 22-dən iyulun 2-dək Avstriyada olacaq. Ağdamlılar iyulun 1-də “Metallist” və “Fenerentsvaroş” ilə yoxlama oyunları keçirəcək.

İki yeni futbolçu və Medina erasının sonu!
Mövsümlərarası fasilədə Jali Muaddib və Zakaria Savo ilə güclənən “köhlən atlar” qəzetimizin işıq üzü görmədiyi günlərdə növbəti futbolçu keçidlərini gerçəkləşdirdi. Klub çərşənbə axşamı Samuel Lobatonun, srağagün isə Bruno Lanqonun transfer olunduğunu elan etdi.

Maraq üçün qeyd edək ki, Lobato Portuqaliya “Portimonense”sindən alınıb. 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, 28 nömrəli formanı geyəcək. 2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-21-ci illər aralığında Portuqaliya “Sportinq”inin akademiyasında yetişib. O, karyerası ərzində həm də “Famalikao”, B SAD və “Tondela”da çıxış edib. 184 sm boya malikdi. Lobato Portuqaliyanın U-17 millisinin də formasını geyib. Samuelin “Transfermarkt”dakı bazar dəyəri 300 min avrodu. Futbolçu 2025/26 mövsümündə ölkə kubokunda 1, çempionatda isə 23-ü start heyətində olmaqla 29 matçda tər töküb. “Futbol ili” ərzində 2204 dəqiqə meydanda olub və bu müddətdə 2 qol, 1 məhsuldar ötürməyə imza atıb, 9 sarı vərəqə alıb.

Lanqa isə İspaniya “Almeriya”sından alınıb. Mozambikli müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 5 nömrəli formanı geyəcək. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya “Eştrela”sında keçirib. Futbolçu cari mövsümdə “Pafos”un heyətində ölkə çempionatında 7, Çempionlar Liqasının təsnifat mərhələsində 4, əsas mərhələsində isə 7 matçda forma geyib. “Eştrela”da hamısı start heyətində olmaqla 11 qarşılaşmada meydanda olub. Ümumiyyətlə, o, başa çatan mövsüm ərzində rəsmi oyunlarda 1216 dəqiqə top qovub. Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela” və Cənubi Kiprdə “Pafos”un da formasını geyib. 2021-ci ildən indiyə qədər Mozambik yığmasının heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib. 178 sm boya malik müdafiəçinin “Transfermarkt”dakı bazar dəyəri 1 milyon avrodu.

Vitse-çempionu tərk edən isim isə Kevin Medinadı! “Qarabağ” onunla qarşılıqlı razılıq əsasında yolları ayırdığını açıqladı. Əldə etdiyimiz məlumata görə, kolumbiyalı karyerasını Malayziyanın son çempionu “Darul Təzim”də davam etdirəcək. İş ondadı ki, müdafiəçinin “köhlən atlar”la müqaviləsinin müddəti hələ gələn ilin yayında başa çatacaqdı. Görünür, ağdamlılar Medinanın getmək istəyini nəzərə alıb və ona xidmətləri müqabilində jest edib – müqaviləyə vaxtından əvvəl xitam verməyə razı olub.

Oyunçunun xidmətləri demişkən, Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyurdu. 33 yaşlı kolumbiyalı son 6 il ərzində “köhlən atlar”ın heyətində 204 matçda forma geyib, 6 qol, 7 məhsuldar ötürməyə imza atıb.

Yenə gedənlər də olmalıdı, gələnlər də!
Əlbəttə, həyatda olduğu kimi, futbolda da enişlər və yüksəlişlər var. Əsas odu ki, Çempionlar Liqasında mübarizəni dayandırandan sonra ciddi eniş yaşayan ağdamlılar artıq yüksəlişə keçməyə hazırlaşır. Ancaq bu ərəfədə daha bir neçə futbolçuyla yolların ayrılması məqsədəyğundu. Çünki indiyədək Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə vidalaşan “Qarabağ” 34 yaşı haqlayan Bədavi Hüseynov və Abdulla Zubirlə avrokuboklarda ciddi uğur qazana bilməz. Düzü, Aleksey Kaşukun da “köhlən atlar” üçün faydalı iş görə bilməyəcəyi göz önündədi. Bununla belə, 4 qapıçının varlığı ağdamlılar üçün əlavə üstünlük qazandırmır. Yəqin ki, Qurban Qurbanov bu yöndə də hansısa addımlar atmağa çalışacaq.

Gücləndirilməli olan mövqelərə gəlincə, təbii ki, ilk iş müdafiə xəttiylə bağlı olmalıdı. Axı Medinanın gedişi mərkəz, Elvinlə bağlı durumun hələ davam etməsi isə sol cinah müdafiəçisinin alınmasını ən böyük zərurətə çevirib. Bununla belə, heyətdə mərkəz hücumçusunu da ehtiyac duyulur. Bu üzdən, ümidliyik ki, “Qarabağ”ın heyətlə bağlı islahatları hələ başa çatmayıb və qarşıdakı günlərdə növbəti addımlar da atılacaq. Arzumuz isə təbii ki, “köhlən atlar”ın Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanmasıdı. Elə Qurban Qurbanovun hədəfi də məhz budu!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Manşet / Avropa Liqası

14-11-2023, 12:0

“Qarabağ” üçün üç versiya: çətin, rahat, yoxsa ideal? - YAZI

Aktual / Ölkə futbolu

5-12-2024, 10:0

“Qarabağ” artıq əvvəlki qədər keyfiyyətli deyil” – ruslar yenə də ağdamlıları şanslı sayır

Ölkə futbolu / Manşet

17-06-2025, 09:0

Qurban Qurbanovun hədəfi ən azı Avropa Liqasının əsas mərhələsində oynamaqdısa...

Manşet / Yazarlar

22-10-2025, 20:0

“Qarabağ”a niyə inanaq? – YAZI

Ölkə futbolu / Manşet

28-05-2026, 17:0

“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?

Aktual
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
Son xəbərlər
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
  • Bu gün, 11:28
    “Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var” - Tahir Gözəl
  • Bu gün, 11:27
    Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə