Xose Luis Qayya DÇ-2022-nin startı ərəfəsində zədə alıb.
“Valensiya”nın müdafiəçisi damanından xəsarət alıb. İspaniya yığmasının həkimləri onunla bağlı geniş müayinədən sonra qərar verəcəklər. 27 yaşlı futbolçunun vəziyyəti ciddi olarsa, dünya çempionatında çıxış edə bilməyəcək. Yerli mənbələr Qayyanın yerinin “Barselona”nın müdafiəçisi Alexandro Baldenin tutmaq şansını yüksək dəyərləndirir.