Dünya çempionatını buraxa bilər

15.11.2022 13:48 362
Dünya futbolu
Ceyms Meddison DÇ-2022-nin startı ərəfəsində zədə alıb.

Football-plus.az xəbər verir ki, “Lester”in yarımmüdafiəçisi “Vest Hem”lə matçın 8-ci dəqiqəsində hesabı açıb və 25-ci dəqiqədə əvəzlənib.

İlkin ehtimala görə, Ceyms künc zərbəsini yerinə yetirərkən dizindən xəsarət alıb. Onun İngiltərə yığmasına dünya çempionatında kömək edib-etməyəcəyi hələ ki məlum deyil.