“Real”ın futbolçusu Toni Kroos Qətərdə keçiriləcək dünya çempionatı zamanı boş oturmayacaq.
O, televiziyada mundialın oyunlarını şərh edəcək.
“Marca” qəzetinin yaydığı xəbərə görə, Almaniya yığmasının sabiq üzvü yerli “MagentaTV” telekanalında ekspertlərdən biri olacaq. Oyunların yayınında onun qardaşı Feliks, Mihael Ballak və Xavi Martines də iştirak edəcəklər. Toni ilə Feliks turnirin yarımfinal və final oyunlarını şərh edəcəklər.