Daha bir futbolçu dünya çempionatını buraxacaq

16.10.2022 11:10 355
Dünya futbolu
"Çelsi"də itki baş verib.

Football-plus.az xəbər verir ki, "zadəganlar"ın müdafiəçisi Ris Ceyms Çempionlar Liqasının "Milan"la oyununda (2:0) dizindən zədə alıb. O, iki ay davam edəcəyi gözlənilən reabilitasiya proqramı keçəcək.

Bu isə o deməkdi ki, Ceyms Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq. Daha öncə İngiltərə millisinin sağ cinah müdafiəçiləri Kayl Uoker və Trent Aleksander-Arnoldun da zədə səbəbindən turniri buraxa biləcəyi bildirilirdi.