Corcinyo Viynaldumun aqibəti məlum olub.
Niderland millisinin yarımmüdafiəçisi bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək. 31 yaşlı futbolçunun ayağı “Roma” ilə məşqdə ciddi xəsarət almışdı. Viynaldum əməliyyat olunacağı halda, sağalma müddəti 3 aya yaxın çəkə bilərdi. Bu, ona DÇ-2022-yə qədər bərpa olunmaq şansı yaradırdı. Lakin Corcinyo “Roma”, futbolçunun məxsus olduğu PSJ və Niderland millisinin həkimləri ilə məsləhətləşdikdən sonra əməliyyatdan imtina etmək qərarına gəlib. Başqa sözlə, o, yaşıl meydana 2023-cü ilin yanvarında, dünya çempionatından sonra qayıda biləcək.