“İnter”in futbolçusu Denzel Damfris bir sıra klubların maraq dairəsindədi.
Football-plus.az xəbər verir ki, “neradzurri” müdafiəçisinin qiymətini müəyyənləşdirib. İtaliya klubu 26 yaşlı futbolçunu 40 milyon avroya satmağa hazırdı. “Tottenhem”in baş məşqçisi Antonio Konte heyətini gücləndirmək üçün niderlandlını yanvarda almaq istəyir.