İtaliya çempionatında 2020/21 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.
İtaliya Məşqçilər Assosiasiyasının keçirdiyi sorğunun qalibi “İnter”in sabiq çalışdırıcısı, hazırda “Tottenhem”ə başçılıq edən Antonio Konte olub. Xatırladaq ki, Konte ötən mövsüm “İnter”i A seriyasında çempionluğa daşımışdı. O, həmkarları arasında keçirilən sorğuda 20 xal səs toplamaqla 1-ci yeri tutub. Karyerasında 6-cı dəfə “Qızıl skamya” mükafatına layiq bilinən Konte bu göstəriciyə əsasən rekordçu olub.
Sorğuda növbəti iki yeri “Milan”ın baş məşqçisi Stefano Pyoli (19) ilə “Atalanta”nı çalışdıran Can Pyero Qasperini (8) tutub.
Konte İtaliyada rekordçu oldu
Dünya futbolu
