Çempionlar Liqasının qrup mərhələsinin son matçında “Liverpul” Napoli”ni məğlub etdi.
Football-plus.az xəbər verir ki, bununla da Klopp mersisaydların “sükanı arxasında” 400-cü oyuna çıxdı.
O, İngiltərə klubunda bu həddə çatan 4-cü baş məşqçidi. Əvvəllər Bil Şenkli (783), Tom Uotson (678) və Bob Peysli (535) də bunu bacarıb. Klopp 400 oyunun 244-də qələbə qazanıb, 90-da heç-heçə edib və 66-da uduzub. Topların fərqi 833:394-dü.
Bundan əlavə, Klopp həmçinin ÇL-da baş məşqçi kimi 100-cü oyununu keçirdi – 46 qələbə, 28 heç-heçə, 26 məğlubiyyət.