İngiltərə premyer-liqasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Turnirin saytında azarkeşlər arasında keçirilən səsvermə və ekspertlərin rəyinə əsasən, Eddi Hau 1-ci yeri tutub. “Nyukasl”ın baş məşqçisi Yürgen Klopp (Liverpul), Mikel Arteta (Arsenal) və Ralf Hazenhüttlü (Sauthempton) qabaqlayıb.
Haunun komandası ötən ay premyer-liqada keçirdiyi 4 matçda 3 qələbə qazanmış, 1 oyunu isə heç-heçə başa vurmuşdu.