Klopp “Napoli” ilə bağlı proqnoz verdi

1.11.2022 20:10 308
Dünya futbolu
Yürgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin “Napoli” ilə son oyunu ərəfəsində fikirlərini bildirib.

“Liverpul” - “Napoli” matçı bu gün keçiriləcək. Hər iki komanda artıq 1/8 finala vəsiqə qazanıb. “Liverpul”un baş məşqçisi İtaliya təmsilçisinin ÇL-də finala qədər irəliləyə biləcəyini deyib:
“Qarşıdakı oyundan qorxmuram, matçı səbirsizliklə gözləyirəm. “Napoli”nin nəyi yaxşı bacardığını hamı bilir: yaxşı müdafiə olunur və yaxşı əks-hücum edirlər. “Napoli” indiki kimi oynasa, Çempionlar Liqasının finalına yüksələ bilər”.