Joze Mourinyo yenə şikayətlənib.
“Roma”nın baş məşqçisi İtaliya çempionatının son oyununda komandasının lider “Napoli”yə məğlubiyyətinə (0:1) səbəb olan amilləri belə sıralayıb:
“Napoli” çox yaxşı komandadı. Amma nə qədər sarı vərəqə aldığımıza, yorğun olan və sona qədər oynamağa taqəti qalmayan futbolçularımıza, ehtiyat oyunçular skamyasında variant çatışmazlığına baxarkən... Spinatsola daim inildəyən o oğlanın qarşısını kəsməli idi. Onu komandasında necə çağırırlar? Həmişə ətrafındakıları axmaq yerinə qoymağa çalışan... Losano! Dəqiq! Hakim haqda isə heç nə danışmaq istəmirəm. Bircə onu deyim ki, İrrati heç də ən yaxşı hakimliyini etmədi. Hərdən belə olur. Hər kəsin uğursuz günü olur”.