Simeone Ronaldonu “Atletiko”da görmək istəyir?

25.10.2022 20:10 371
Dünya futbolu
Dieqo Simeone Kriştiano Ronaldonun adının onun komandası ilə birgə hallanmasına münasibətini bildirib.

Bilindiyi kimi, ulduz futbolçu bu yay “Mançester Yunayted”i tərk etmək və Çempionlar Liqasında çıxış edən ən iddialı klublardan birinə qoşulmaq istəmişdi. “Atletiko”nun baş məşqçisi portuqaliyalı hücumçu ilə bağlı qısa açıqlama verib:
“Mən heç vaxt Kriştiano Ronaldo ilə “Atletiko”ya mümkün keçidi barədə danışmamışam. Özümü “Real”da baş məşqçi görmədiyim kimi Ronaldonu da “Atletiko”da görmürəm”.