Mourinyo boykota niyə əl atıb?

23.04.2022 12:30 516
Dünya futbolu
Joze Mourinyo A seriyasının 34-cü turunun “İnter”lə oyunundan əvvəl boykota əl atıb.

“Roma”nın baş məşqçisi mətbuat konfransı keçirməyi lazım bilməyib. Portuqaliyalı mütəxəssis ötən turun “Napoli” ilə səfər oyunundan (1:1) sonra tənqid etdiyi hakimlərlə bağlı suallardan bu yolla yayınmaq istəyib. “İnter”lə oyuna hakim Simone Sotsanın təyin edilməsi də mübahisələrə səbəb olub və Mourinyonun bu haqda açıqlama vermək istəmədiyi bildirilib. Amma 59 yaşlı çalışdırıcı milanlılarla oyundan sonra jurnalistlərlə görüşə hazır olacaq.

“İnter” – “Roma” matçı bu gün saat 20.00-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul