"Sabah"ın rusiyalı baş məşqçisi Murad Musayev ölkəsinin mətbuatına müsahibəsində klubla müqaviləsinin maliyyə tərəflərindən danışıb.
"Football-plus.az" xəbər verir ki, "Sports.ru"ya danışan çalışdırıcı "Rusiya ilə müqayisədə maaşlarınız nə qədər azalıb?" sualını belə cavablandırıb:
"Maaş dəyişikliyi kursdan asılıdı. “Krasnodar”da rublla alırdım, indi dollarla. Son bir ildə dollar çox dəyişib. Amma müqavilə bağladığım vaxtda dollar Rusiyadakından iki dəfə az oldu".
O həmçinin Rusiyada yüksək maaş alması ilə bağlı iddiaların doğru olmadığını da bildirərək belə deyib:
"Orada premyer-liqa klublarının məşqçiləri ilə eyni qazandığım düz deyil. Düşünmürəm ki, FNL-də kimsə bu qədər qazansın. Ümumiyyətlə, pul mövzusu məndən uzaqdı. “Krasnodar”da rəhbərliyə heç vaxt deməmişəm ki, maaşımı artırın. Deməmişəm ki, o məşqçi bu qədər alır, mən isə bu qədər. Burada da elədi. Mən heç vaxt qiymət danışmamışam. Şərtlər təklif olunanda müqavilə imzalamışam. Bəlkə də bu, yaxşı deyil. Məndə belə xüsusiyyət olsaydı “Krasnodar”da daha çox qazanardım. Amma əgər yaxşı işləsəm, yaxşı pulum və müqaviləm olacaq”.