“Liverpul”lun sabiq futbolçusu Con Flenaqan məcburi qərar verməli olub: o, karyerasını başa vurub.
Yerli mənbələrin xəbərinə görə, bu haqda 29 yaşlı müdafiəçi özü məlumat verib. O, qərarını diz əməliyyatından sonra keçən 14 ay ərzində də problemdən qurtula bilməməsi ilə izah edib.
Football-plus.az xəbər verir ki, Flenaqan səhhətini risk altında qoymamaq üçün bu qərarı verdiyini bildirib.
2010-18-ci illərdə “Liverpul”da oynayan Con qırmızı formada meydana çıxdığı 40 matçda 1 qol vurub. İngiltərə millisinin sabiq üzvü “Bernli”, “Bolton”, “Reyncers” və “Şarlerua”da da çıxış edib.