Portuqaliya millisi ciddi itki ilə üzləşib. Komandanın aparıcı hücumçularından biri sıradan çıxıb.
Football-plus.az xəbər verir ki, “Liverpul”un oyunçusu Dioqo Jota ciddi zədə alıb. İngiltərə premyer-liqasının 11-ci turunun “Mançester Siti” ilə oyununda zədələnən 26 yaşlı hücumçu dünya çempionatını buraxmalı olacaq. Jota bunu öz “tvitter” səhifəsi vasitəsilə bildirib.
Xatırladaq ki, “Liverpul”un digər hücumçusu Luis Dias da zədəlidi. İndi mersisaydlıların heyətində yalnız üç sağlam forvard – Məhəmməd Salah, Roberto Firmino və Darvin Nunyes var.