• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“2-3 qol vurmağa razıyam, təki çempion olaq”

Dünya futbolu

16-10-2022, 21:0

“Beşiktaş”ın niderlandlı forvardı Vut Veqhorst srağagünkü məşqdən öncə türkiyəli həmkarlarımıza müsahibə verib.

30 yaşlı futbolçu son 5 turda cəmi 1 qol vursa da, bu mövsüm “qol+ötürmə” (3+4) baxımından komandasının ən faydalı oyunçusudu.

- Qarşıdan gələn ''Trabzonspor''la oyun haqda nə düşünürsən?
- Cox önəmli bir qarşılaşma olacaq. Son çempiona qarşı oynayacağıq. ''Trabzonspor'' həqiqətən də yaxşı komandadı. Bu mövsüm prinsipial rəqiblərdən yalnız ''Fənərbaxça'' ilə oynamışıq. O matçın son anlarında çox baxımlı futbol sərgiləmişdik. Həmin performansı bu matçda da göstərmək istəyirik. İki tərəf üçün də çətin oyun olacaq. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Xal itkilərinin artmasından sonra həm komandaya, həm də sənə yönələn tənqidlər artmağa başlayıb…
- Tənqid həmişə olub və olacaq. Bu, futbolun bir parçasıdı. Bəzən məşqçilər, bəzən isə biz oyunçular tənqid olunuruq. Bununla yaşamağa alışmalıyıq. Düzdü, bu mövsüm bəzi oyunlarda istədiyimiz futbolu sərgiləyə və lazım olan nəticəni qazana bilməmişik. Amma əsas odu ki, bir oyun sistemimiz, planımız var və ona sadiq qalacağıq. Qarşıdakı oyunda da fərqli sistemlə oynamayacağıq. Meydanda həmişəki ''Beşiktaş'' olacaq. Amma ən güclü oyunumuzu sərgiləməyə çalışacağıq. Hədəf ötən həftə əldə olunan qələbənin davamını gətirmək və seriya yaxalamaqdı.

- Ümumiyyətlə, Türkiyə çempionatının səviyyəsi barədə nə düşünürsən?
- İlk günlərdən dediyim kimi burda fanatların dəstəyi və coşqusu məni çox sevindirir. Elə tək azarkeş amilinin özü Türkiyədə futbol oynamaq üçün kifayət qədər yetərli səbəbdi! Təbii ki, premyer-liqa ilə superliqa arasında müəyyən fərqlər var. İstər oyunun tempi, istər komandaların səviyyəsi, istərsə də hakimlərin oyunu idarə etmək tərzi baxımından fərqlər hiss olunur. Hansının yaxşı, hansının pis olduğunu deyə bilmərəm. Hər çempionatın özünə xas xüsusiyyətləri var. Bura uyğunlaşmaq asan deyil. Amma həmişə meydanda potensialımın maksimumunu sərgiləmək üçün əlimdən gələni edirəm.

- Geridə qalan turlarda səni ən çox üzən hansı oyun oldu?
- Ümumiyyətlə, xal itirdiyimiz hər oyundan sonra çox üzgün oluram. Amma məni və komanda yoldaşlarımı ən çox ''İstanbulspor''la qarşılaşmada xal itirməyimiz üzdü. Bəzən imkanlarımızdan aşağı səviyyədə çıxış edirik. Bu da həmin oyunlardan biri oldu. Amma matçın ardından paltardəyişmə otağında bir-birimizə söz verdik ki, bir daha belə şey təkrarlanmayacaq. Məşqlərimiz çox yaxşı keçir. Çalışmalıyıq ki, 90 dəqiqə ərzində üstün futbol sərgiləyək və sabit oynayaq. Sahib olduğumuz gücü meydanda əks etdirməyi bacarmalıyıq.

- Səncə, komandada qol vurmaqla bağlı problem yaşanırmı?
- Hər oyunun fərqli hekayəsi olur. Çünki oyunun gedişində futbolçular və sistem dəyişə bilir. Səviyyəli rəqiblərlə qarşılaşmada bəzən uzun ötürmələr keçmir. Və ya bəzən cərimə meydançasına topla daxil olmaqda problem yaşaya bilirsən. Məsələn, ''Fənərbaxça'' ilə matçın son bölümündə bunu çox gözəl bacardıq. Tez-tez cərimə meydançasında topla oynayırdıq. Əslində mövsümün əvvəlində daha çox qol vəziyyəti yaradırdıq. Son həftələrdə bu durum dəyişib. Çünki dediyim kimi hər oyunun fərqli hekayəsi və şərtləri olur. Mənim əsas özəlliyim qol vurmaq qabiliyyətimdi. Hər hücum oyunçusu kimi, mən də rəqib qapısına mümkün qədər yaxın qərarlaşmaq və çoxlu qol vurmaq istəyirəm.

- ''Fənərbaxça'' ilə oyunun final fitindən sonra Valerien İsmaellə aranızda hərarətli bir dialoq oldu. Həmin vaxt nə haqda danışırdız?
- Həmin an çox üzgün idim. Çünki iki gözəl fürsəti əldən vermişdim. İsmaellə aramızda qeyri-adi bir söhbət olmadı. Sadəcə, mənə tez-tez matçın istənilən bölümündə fürsət yaxalaya biləcəyimi və diqqətli olmağı tövsiyə edirdi. Onunla münasibətlərimiz qaydasındadı. Bir-birimizə qarşı səmimiyik və məndən nə gözlədiyini bilirəm. Baxış tərzimiz eynidi və bənzər şəkildə düşünürük. Onun ümidlərini doğrultmaq üçüm əlimdən gələni edirəm.

- Saç tərzini nə üçün dəyişdin? Bunun sənə uğur gətirəcəyini düşünürdün?
- Əslində mən saç tərzimi tez-tez dəyişənlərdən deyiləm. Orta hesabla hər 10 ildən bir saçımda dəyişiklik edirəm. Kiçik qızım saçımın rəngini çox bəyənirdi. O da öz saçının bu rəngdə, yəni daha tünd olmasını istəyirdi. Mən də qərara gəldim ki, onun saçını mənimkinə bənzətmək əvəzinə öz saçımı onunkuna bənzədim. Düzünü desəm, çox da bəyənmədim. Həddən artıq sarı oldu. Bir neçə həftə belə oynadım və indi də köhnə tərzimə qayıtmaq qərarına gəldim. İndi çox qısa olub. Saçımı uzatmağa çalışacam. Dediyim kimi, bu dəyişikliyi yalnız qızım üçün etdim.

- Rəqiblərin sənin qarşını kəsmək üçün xüsusi hazırlıq gördüyünü hiss edirsənmi?
- Ola bilər. Biz də əslində bunu edirik. Rəqibin heyətində yaxşı formada olan futbolçu çıxış edirsə, onun qarşısını kəsmək üçün xüsusi hazırlaşırıq. Mövsümün əvvəlində mən qollar da vururdum, məhsuldar ötürmələr də verirdim. Sonra rəqiblər oyun tərzimə alışdı və işim bir qədər çətinləşdi. Amma buna bir çarə tapacam. Bunu komanda şəklində etməliyik. Yəni rəqib müdafiəçilər diqqətini mənə yönəldərkən boşda olan futbolçularımız bundan yararlanmalıdı. Əksinə, rəqiblərin mənə qarşı xüsusi hazırlaşması xoşuma gəlir.

- Bu mövsüm qol sayı ilə bağlı bir hədəfin varmı?
- Konkret qol sayı ilə bağlı hədəfim yoxdu. Sadəcə, mümkün qədər çox qol vurmaq istəyirəm. Bizim hədəfimiz çempionluqdu. Eybi yox, mən 2-3 qol vurmağa razıyam, təki çempion olaq! Çünki əvvəlki illərdə karyeramda çox qol vurduğum, amma heç bir titul qazanmadığım mövsümlər olub. Burda çempionluq və titullar qazanmaq istəyirəm. Özü də bu çempionluqda rolumun mümkün qədər çox olmasına çalışacam.

- ''Beşiktaş''ın başqa hücum oyunçularının performansı haqda nə düşünürsən?
- Cenk Tosun da, Muleka da yaxşı oyunçulardı. Cenk əsasən oyunlara sonradan qoşulur və hiss olunur ki, çox həvəslidi. Muleka da bir neçə vacib qol vurub. Hər kəsə ehtiyacımız var və komanda üçün hər oyunçu dəyərlidi. Çünki zədələnənlər çox olur. Bu, tək bizim yox, bütün klubların problemidi. Çalışmalıyıq ki, komanda şəklində daha güclü olaq. Burda hücumçular qədər başqa oyunçuların da üzərinə yük düşür. Daha çox qol vurmağa və hücum variantlarını artırmağa çalışmalıyıq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-05-2022, 12:0

''Trabzonspor'' 38 illik həsrətə son qoydu

Dünya futbolu

27-09-2022, 14:0

Babel ''Qalatasaray''ın transfer siyasətini tənqid etdi

Dünya futbolu

29-09-2022, 13:0

Superliqanın səviyyəsi Allini təəccübləndirib - AÇIQLAMA

Aktual
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
Son xəbərlər
  • Bu gün, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Bu gün, 14:36
    "Səbail"dən daha bir transfer
  • Bu gün, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Bu gün, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Bu gün, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
Daha çox
Oxunub: 304
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 247
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 216
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə