İtaliya çempionatında sentyabrın ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Kim Min Çje olub.
“Napoli”nin müdafiəçisi bütün namizədləri arxada qoyub. 25 yaşlı koreyalı ötən ay A seriyasında 3 matçda iştirak etmiş və 1 qol vurmuşdu. Kimin İtaliya klubuna bu yay “Fənərbaxça”dan transfer olunduğunu da xatırladaq.