İspaniya La Liqasında sentyabrın ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib. Bu nominasiyanın qalibi Federiko Valverde olub.
Football-plus.az xəbər verir ki, La Liqanın saytının xəbərinə görə, “Real”ın 24 yaşlı yarımmüdafiəçisi səsvermədə Samuel Kastilyexo (Valensiya), Luis Felipe (Betis), Robert Levandovski (Barselona), Daniel Parexo (Vilyarreal), Brais Mendes (Real Sosyedad) və Niko Uilyamsı qabaqlayıb (Atletik).
O, ötən ay İspaniya çempionatında keçirdiyi 3 matçda 2 qol və 1 məhsuldar ötürmənin müəllifi olmuşdu.