N’Qolo Kantenin aqibətinə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, “Çelsi”nin və Fransa millisinin oyunçusu DÇ-2022-nin final mərhələsində iştirak etməyəcək. “The Athletic” qəzetinin yaydığı məlumatda 31 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu bildirilir. O, ən azı 3 ay oynaya bilməyəcək. Kante sonuncu dəfə yaşıl meydana avqustun 14-də çıxıb.