• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dünya şahmatında növbəti böyük qalmaqal

İdman

29-09-2022, 21:0

Müasir dövrün ən yaxşı şahmatçısı Maqnus Karlsen verdiyi sözü tutaraq, amerikalı qrossmeyster Hans Nimann ilə aralarındakı münaqişə haqda danışıb.

Norveçli ulduz son bir ayda iki dəfə yeniyetmə həmkarının oyunu ətrafında qalmaqal törədib. O, 19 yaşlı amerikalını kompüterdən məsləhət almaqda suçlayır. 16-cı dünya çempionu “Julius Baer Generation Cup” onlayn-turnirində qələbə qazanandan sonra sosial şəbəkədə mövqeyini ətraflı açıqlayıb. Maqnus heç bir sübut göstərməsə də, uzun müddət ərzində ilk dəfə planetin ən nüfuzlu qrossmeysteri hansısa rəqiblə qarşılaşmaqdan rəsmi şəkildə imtina edir. İndi Beynəlxalq Şahmat Federasiyası (FIDE) Karslenin aldatma ilə bağlı sözlərini ya təsdiq, ya da rədd etməlidi. Heç bir dəlil tapılmasa, onda Nimannın norveçlini iftira və işgüzar imicə zərbə ittihamı ilə məhkəməyə vermək üçün hər cür əsası olacaq.

Əvvəlcə Karlsenin fikirlərinə diqqət yetirək:

“Hərəkətimin şahmat ictimaiyyətini məyus etdiyini anlayıram. Mən özüm də çox məyusam. Yaxşı turnirlərdə ən yüksək səviyyədə şahmat oynamağı davam etdirmək istəyirəm. Bununla belə, əminəm ki, şahmatda aldatma, təqlidçilik çox ciddi problem və bu oyunun mövcudluğuna təhlükədi. Yarış təşkilatçıları və sevimli oyunumuzun bütövlüyünün qayğısına qalan hər kəs təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və şahmat lövhəsi arxasında fırıldaqçılığın metodlarının aşkarlanması üzərində ciddi düşünməlidilər”.


Aydındı ki, bu açıqlama Maqnusun son iki turnirdəki davranışını izah etməyə yönəlib. Norveçli əvvəlcə Amerikanın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour” mərhələsində 3-cü turda Nimanna uduzmaqla mübarizədən çəkildi. 19 yaşlı amerikalı dünya çempionunun 53 partiyalıq məğlubiyyətsiz oyunlar seriyasına son qoyandan sonra Karlsen karyerasında ilk dəfə çıxışını davam etdirməkdən boyun qaçırdı və sosial şəbəkədə anlaşılmaz post paylaşdı. Ardından dünya şahmatının lideri yuxarıda xatırladılan “Julius Baer Generation Cup” onlayn-turnirində iki gedişdən sonra nümayişkaranə şəkildə təslim olaraq faktiki Hansa qarşı oynamaqdan imtina etdi. Karlsenin izahatı:
“Hesab edirəm ki, Nimann publika önündə etiraf etdiyindən daha çox rəqiblərini aldadıb. Sent-Luisdəki duelimizdə onun gedişləri qeyri-adi idi. Mənə elə gəldi ki, Hans qara fiqurlarla məni məğlub edərkən heç oyuna köklənməmişdi. Bu dünyada məni qara fiqurlarla məğlub etməyi isə yalnız bir-iki adam bacarır. Nimannı son anda “Grand Chess Tour” mərhələsinə dəvət edəndə əvvəlcə turnirdən çəkilməyə qərar versəm də, sonra fikrimi dəyişdim. Ancaq oyunumuz baxışlarımda dəyişikliyə səbəb oldu. İndi fikir söyləmək imkanım məhduddu, çünki əlimdə sübut yoxdu. Yalnız öz adından deyə bilərəm ki, bir daha Nimann ilə oynamaq fikrində deyiləm. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı həqiqət üzə çıxacaq”.


Bəs yeniyetmə Hans Nimannın personasını şübhə altına alan nədi? İş ondadı ki, 16 yaşı olarkən onu chess.com portalında keçirilən onlayn-turnirdə kompüterin məsləhətindən yararlanarkən “tutublar”. Bundan başqa, Hans əvvəllər, yəni 12 yaşı olarkən də aldatma ilə məşğul olduğunu etiraf edib. Nimannın sözlərinə görə, bu hərəkətə zarafatla, özü də böyük əhəmiyyət daşımayan partiyalarda yol verib, ciddi turnirlərdə isə qaydalara uyğun davranıb. Bununla belə, chess.com öz resursundan Nimannın profilini xaric etməklə onu cəzalandırmağı lazım bilib. Belə imicə malik birisi planetin ən yaxşı qrossmeysterinə qalib gəlirsə, söz-söhbətin yaranması təbiidi. Bu başqa məsələ ki, Karlsen də bu vəziyyətdə hədsiz isterikaya qapılır. Ortada olan əsas sual budu: Nimannın fırıldaqçılığı ilə bağlı hansı sübutlar var? Axı onlayn-turnirlərdə hiyləgərlik etmək üçün çoxlu variant varsa, Sent-Luisdəki kimi oflayn-turnirlərdə kompüterin yardımından yararlanmaqla bağlı istənilən variantı istisna edən çox sərt qaydalar hökm sürür. Maqnusun demarşının müzakirəsi zamanı azarkeşkər belə ehtimal irəli sürdülər ki, Hans məsafədən idarə olunan seks-oyuncaqdan yararlana bilər. Ancaq bu amerikalını alçaltmağa xidmət edən lətifədi. Axı oyun salonlarında bütün əlarə növləri bloklanır. Bununla belə, Hans belə gümanlara da reaksiya verdi, bəyan etdi ki, günahsızlığını sübuta yetirmək naminə qapalı şüşə kubda və çılpaq oynamağa da hazırdı.

Karlsenin şübhələrini Fabiano Karuana, Hikaru Nakamura və Yan Nepomnyaşi kimi məşhur şahmatçılar da bölüşüb. Onların mövqeyi Nimannın partiyalarının və oyun üslubunun təhlilinə söykənir. Digər tərəfdən, bütün bunlar yeniyetmə şahmatçının sürətli tərəqqisindən doğan sadə bir qısqanclıq da ola bilər. Və ümumiyyətlə, saxtakarları yaxalamaq turnir təşkilatçıları ilə FIDE-nin işidi, daha fəaliyyətdə olan idmançıların yox. Belə hadisələr başqa idman növlərində, antidopinq qaydalarını pozmaqda suçlanan idmançılara münasibətdə də baş verib. Və belə linç yaxşı heç nəyə gətirib çıxarmayıb. FIDE bir neçə gün əvvəl Nimannın ünvanına yönələn ittihamlarla bağlı açıqlama yayıb: “
Qəti şəkildə inanırıq ki, dünya çempionu statusundan dolayı mənəvi məsuliyyət daşıyır, çünki o, bu oyunun qlobal səfiridi. Onun davranışı həmkarlarının imicinə, idman nəticələrinə təsir göstərir və son nəticədə oyunumuza zərbə vura bilər. Əminik ki, bu vəziyyətin öhdəsindən gəlmək üçün daha yaxşı yollar var idi. Eyni zamanda biz kompüter yardımlarının şahmata vurduğu ziyanla bağlı dərin narahatlığı bölüşürük. FIDE feyr-pley komissiyasına qalmaqalı ciddi şəkildə araşdırmağı tapşırmağa hazırdı. Bunun üçün lazımi sübutlar təqdim olunmalı, bütün maraqlı tərəflər sərəncamındakı informasiyanı açıqlamalıdı. Ümid edirik ki, doğru reaksiya göstəriləcəyi təqdirdə bu durum uzunmüddətli müsbət effekt verə bilər. Biz aparıcı şahmat platformalarının təmsilçilərinin, qrossmeysterlərin, kompüter yardımları ilə mübarizə üzrə ekspertlərin və FIDE rəsmilərinin iştirakı ilə xüsusi komissiya yaratmağı təklif edirik. Bu təhlükə ilə mübarizə aparmalıyıq ki, əsl vəbaya çevrilməsin”.


Əlbəttə, Maqnus dahidi, dövrün ən güclü şahmatçısıdı. Ancaq hansısa səbəbdən həmkarlarından biri ilə oynamaq istəmirsə, karyerasını bitirməsi məsləhətdi. Belədə sərbəst şəkildə yoldaşlıq oyunları üçün özünə rəqib seçə biləcək. Nə qədər ki norveçli şahmat taxtasının ağzını qapatmayıb, gümanlar irəli sürmək əvəzinə oynamalıdı.

Paylaş:
Digər xəbərlər

İdman

3-08-2022, 16:0

Karlsenin imtinası ilə bağlı maraqlı yozum

Dünya futbolu

27-08-2022, 14:0

Karlsenin şirkəti satıldı

İdman

31-08-2022, 20:0

Şəhriyar Məmmədyarov "10-luq"da

İdman

24-07-2022, 14:0

Karlsen dünya çempionu olmaqdan bezdi

Aktual
Juninyo hələ də “Qarabağ”ın həsrətini çəkir
“Səfərlə bağlı bütün xərc telekanal tərəfindən qarşılanacaq” – “Qarabağ” İTV-nin əməkdaşlarını da aparmır...
Gələn mövsüm 1-ci liqada 12 komanda olacaq? – PFL-dən açıqlama
İlkin Muradov “Abdış-Ata”dan niyə ayrılıb? - özü açıqladı
Rüfət Abbasov hansı komandaya aiddi - əsas yığmaya, yoxsa U-21-ə?
“Napoli” iki od arasında: yansın, yansın, yansın…
Son xəbərlər
  • Bu gün, 22:28
    Juninyo hələ də “Qarabağ”ın həsrətini çəkir
  • Bu gün, 21:05
    Şahmatçılarımız ikinci yeri tutdu - DÇ
  • Bu gün, 20:34
    “İnandırıcı olmasa da, şəxsən mən avrokuboklara düşə biləcəyimizə inanıram” - Mübariz Orucov
  • Bu gün, 20:13
    “İkinci hissədə psixoloji gücümüzü göstərdik” - Jorj Kaşkilya
  • Bu gün, 19:52
    Mbappe 400-cü qolu Ronaldo ilə Messidən tez vurdu
  • Bu gün, 19:30
    “Qarabağ” İtaliyaya yola düşdü
  • Bu gün, 19:24
    Masazırda "sülh", "İmişli" "Neftçi"ni məğlub etdi - YENİLƏNİB
  • Bu gün, 19:09
    "Bu gün “Şamaxı” inadkarlıqla mübarizə apardı" - Valdas Dambrauskas
  • Bu gün, 18:58
    Rüfətin komandası uduzdu
  • Bu gün, 18:27
    ''Qalatasaray'' qalib gəlsə də, derbi ərəfəsində itkilər artdı
  • Bu gün, 17:56
    "FIFA series" növbəti dəfə Azərbaycanda - RƏSMİ
  • Bu gün, 17:25
    Ən yaxşılarımız ikincidi
  • Bu gün, 16:54
    Mourinyo bu dəfə futbolçularını ''satqın'' adlandırdı!
  • Bu gün, 16:34
    "Neftçi" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 16:10
    Kahim Parris mükafatlandırıldı - "Ayın qolu"
  • Bu gün, 15:45
    “Səfərlə bağlı bütün xərc telekanal tərəfindən qarşılanacaq” – “Qarabağ” İTV-nin əməkdaşlarını da aparmır...
  • Bu gün, 15:18
    “Qarabağ”ın “Napoli” ilə oyununun hakimi
  • Bu gün, 14:59
    Şahmat millimiz finalda - DÇ
  • Bu gün, 14:54
    Alkaras Cokoviçin nəticəsini təkrarladı
  • Bu gün, 14:44
    "Sabah" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 14:36
    “Pilotlarımız az danışmalı, nəticəyə köklənməlidi” - “Ferrari”nin prezidenti nədən narazıdı?
  • Bu gün, 13:40
    “Qarabağ” bu futbolçuları Neapola aparmayacaq... – ciddi itkilər!
  • Bu gün, 13:09
    Ayxan Abbasov yığma ilə böyük uğura imza ata bilməz - amma ən uyğun variant da elə odu...
  • Bu gün, 13:00
    Pilotlar nömrəsini dəyişə biləcək
  • Bu gün, 12:43
    Yığma fasiləsi “Qalatasaray”a düşərli olmadı
  • Bu gün, 12:08
    ''Fənər''in ''qara siyahı''sındakı ulduzlardan nə xəbər var?
  • Bu gün, 11:57
    Ozancan məhsuldar ötürmə verdi
  • Bu gün, 11:53
    40 yaşında vacib qərar verdi
  • Bu gün, 11:52
    Zamiqin komandası qalib gəldi
  • Bu gün, 11:50
    Rafa Silva ilə bağlı yeni iddialar
  • Bu gün, 11:30
    Dünya çempionu klubunu dəyişəcək?
  • Dünən, 23:55
    Oveçkin 979-cu qolu vurdu, daha 37-ni vurmalıdı
  • Dünən, 23:24
    Ləzizbəy üç il “dincələcək”
  • Dünən, 22:54
    ''Əl-Əhli''nin yeni təklifi Merih Dəmiralın ''Fənər''ə yolunu bağlaya bilər
  • Dünən, 22:23
    Region Liqası: 5 turdan sonra
Daha çox
Oxunub: 458
“Bu şəhərdə” Qurban Qurbanova hörmətsizlik etdi! - sənət belə olur?
Oxunub: 320
“Futboldan uzaq düşməmişəm, məni futboldan uzaqlaşdırıblar” - Tərlan Əhmədovla doğum günü söhbəti...
Oxunub: 232
PFL ləğv olunur, Ramin Musayev AFFA-ya qayıdır?
Oxunub: 171
Nərimanın “Qarabağ”dan getməkdən başqa yolu yoxdu!
Oxunub: 170
“Qarabağ” bu futbolçuları Neapola aparmayacaq... – ciddi itkilər!
Oxunub: 159
Ülvinin şok açıqlaması aləmi bir-birinə qatdı - AFFA nə deyir?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə