Şəhriyar Məmmədyarov "10-luq"da

31.08.2022 20:30 381
İdman
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Qurumun rəsmi saytının paylaşdığı "10-luq"da Azərbaycandan yalnız bir şahmatçı yer alıb. Cədvəldə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edir.

O, yeni reytinq cədvəlində 1 xal geriləyib. Lakin 10-cu pillədə qalmağı bacarıb. Onun aktivində 2757 xalı var. Teymur Rəcəbov isə 2747 xalla 15-ci yerdədir.

Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. Onun 2861 xalı var.