Sprint yarışlarının sayı artırıldı

29.09.2022 20:20 345
İdman
"Formula-1" üzrə dünya çempionatında sprint yarışlarının sayı artırılıb.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Bin Sulayem qurumun rəsmi saytına bununla bağlı açıqlama verib. O, sprint yarışlarının 3-dən 6-ya çatdırıldığını bildirib. Yenilik 2023-cü il mövsümündən tətbiq olunmağa başlayacaq.

Bu arada "Formula-1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandası çinli pilotu Quanyuy Çjou ilə müqavilənin müddətini uzadıb. 23 yaşlı sürücünün yeni sözləşməsi 2023-cü ilin sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan “Qran-pri”si aprelin 28-30-u aralığında keçiriləcək.