Səhmlərinin 8,5 faizi norveçli dünya çempionu Maqnus Karlsenə məxsus olan “Play Magnus Group” şahmat şirkəti satılıb.
Football-plus.az xəbər verir ki, “Chess.com” şahmat saytı şirkəti 83 milyon avroya alıb.
Qeyd edək ki, “chess.com” dünyada ən çox ziyarət olunan şahmat resursu sayılır. “Play Magnus Group” 2013-cü ildə eyniadlı şahmat proqramı ətrafında yaradılıb.
Zaman keçdikcə şirkət populyarlıq qazanmağa başlayıb və diqqətini onlayn şahmata, oyunlara və elektron təlimə yönəldib. Şirkət 2020-ci ildə fond birjasına çıxarılıb.