• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Karlsen dünya çempionu olmaqdan bezdi

İdman

24-07-2022, 14:0

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin məhz Beynəlxalq Şahmat Günündə - iyulun 20-də açıqladığı qərar aydın səmada şimşək effketi verməsə də, hər halda, çoxlarını təəccübləndirdi. 2013-cü ildən bəri planetin ən güclü şahmatçısı titulunu özündə saxlayan norveçli de-fakto titulla vidalaşdı. Düzdü, bu titul görüşü sonucunda baş vermədi, sadəcə, 31 yaşlı qrossmeyster, belə demək mümkünsə, dünya çempionu olmaqdan bezdi.
Niyə gedir?
Skandinaviyalı istedad qərarını hər kəs üçün anlaşıqlı tərzdə izah etdi: “Bu qərarla bağlı uzun müddət düşündüm, deyərdim ki, bir ildən artıq, bəlkə də ilyarım. Komandamda olan adamlar, FİDE, titul iddia edən Yan Nepomnyaşi ilə danışdım. Çox sadə nəticəyə gəlmişəm: daha bir oyun keçirmək üçün motivasiyam yoxdu. Sadəcə, hiss edirəm ki, bu artıq xoşuma gəlmir, tac uğrunda oynamağa həvəsim yoxdu”.
Beləliklə, İddiaçılar turnirinin qalibi – 32 yaşlı Yan Nepomnyaşi dünya şahmat tacı uğrunda Madrid turnirində 2-ci yeri tutan 29 yaşlı çinli Din Lijenlə üz-üzə gələcək. Nepomnyaşi ilə son görüşdə 7,5:3,5 hesabıyla qalib gələn Karlsenin yoxluğunda rus şahmatçının əlinə gözəl fürsət düşüb. Necə deyərlər, nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım!
Maqnus İspaniyada keçirilən İddiaçılar turnirinə baş çəkərək FİDE prezidenti Arkadi Dvorkoviçlə görüşməsi haqda da danışıb: “Nə tələblərim, nə də təkliflərim var idi. Sadəcə, oynamayacağımı deməyə getmişdim. Bəzi təkliflər irəli sürdülər, xoşuma gələni də oldu, gəlməyəni də”.
Belə təkliflərdən biri görüşün formatının dəyişməsi, məsələn, sürətli şahmatın və blitsin əlavə olunması ola bilərdi. Konkret Maqnus çempionluq görüşünü setlərə ayırmağı təklif edib. Hər setdə klassik şahmat üzrə 4 partiya, bunlar heç-heçə bitəcəyi halda isə rapid və blits görüşlər keçiriləcəkdi. Nepomnyaşi bu təklifin cavabında deyib ki, “formatı dəyişiriksə, bunu tsiklin əvvəlində etmək lazım idi, şahmatı şouya çevirmək istəmirəm”.
Yeri gəlmişkən, Karlsenin idmandan getmək niyyəti yoxdu. O hətta “planetin ən yaxşı şahmatçısı kimi qalmağa və dünya çempionatına fikir verməməyi” vəd edib. Əslində norveçlini anlamaq asandı. Karlsen 2013-dən bəri dünya çempionudu, bu müddətdə dörd dəfə titulunu qoruyub. Norveçli ulduz 2021-in dekabrında – Yan Nepomnyaşi üzərindəki parlaq qələbədən sonra (hesabı yuxarıda xatırlatdıq) 5-ci dəfə titulunu qorumayacağını demişdi. Həmin vaxt onu da əlavə etmişdi ki, Fransanı təmsil edən gənc ulduz Əlirza Firuzcanı özünə rəqib görmək istəyir, başqa bir rəqib ona lazım deyil.
FİDE şoka düşüb
Bu heç də norveçlinin qaydalara dəyişiklik olunmasını tələb etdiyi ilk hal deyil. O, şahmatdakı böyük yola məhz elə belə başlayıb. 19 yaşlı Maqnus 2011-ci ildəki İddiaçılar turnirinin startına az qalmış seçim sisteminə və formata etiraz edərək mübarizədən çəkildi. Norveçli hətta həmin vaxt FİDE-yə rəhbərlik edən Kirsan İlümjinova açıq məktub yazaraq, son qalibin çempionluq görüşünə birbaşa vəsiqə qazanmasına qarşı çıxmışdı. Düzdü, sonradan bu hüquqdan 10 il yararlandı. Bununla belə, turnirin formatı həqiqətən dəyişdi, dairəvi sistemə keçildi. Dvorkoviçin Karlsenin imtina qərarından sonra dedikləri: “Karlsen ictimaiyyət önündə ilk dəfə şübhələrini dilə gətirdiyi gündən bəri FİDE dialoqa və dünya çempionatının formatını dəyişməklə bağlı təkliflərin müzakirəsinə açıq olub. Bu ideyalardan bəziləri aparıcı şahmatçılarla birgə mayda müzakirə olunub, Madriddəki görüşdə isə bütün problemləri ətraflı və açıq şəkildə müzakirəyə çıxardıq. Təəssüf ki, Maqnus fikrini dəyişmədi. Onun titulu qorumamağa qərar verməsi, şübhəsiz, azarkeşlər üçün böyük məyusluq və pis xəbərdi. Ancaq şahmat indi həmişəkindən daha güclüdü – həm də Maqnusun sayəsində! – və dünya çempionluğu uğrunda görüşlər davam edəcək”.
Nepomnyaşi, yoxsa Lijen?
Dinlə Yanın şəxsi duellərinin hesabı, demək olar ki, bərabərdi – klassik partiyalarda rusiyalının 3:2 üstünlüyü var, daha 9 partiya heç-heçə bitib. Sonuncu İddiaçılar turnirində iki oyundan birində heç-heçə qeydə alınıb, qara fiqurlarla Yan qalib gəlib. Ancaq indi çinli hədsiz motivasiyalıdı. Bu ölkənin təmsilçisinin əlinə son 10 ildə ilk dəfə dünyanın ən intellektual oyununda qalib gəlmək şansı düşüb. Lijenin daha bir üstünlüyü hədsiz tez forma yığmaq bacarığıdı. Onun hesabında 2017-18-ci illəri əhatə edən 100 oyunluq məğlubiyyətsiz seriya var. Din əslində İddiaçıların turnirinə qatılmamalıydı. Sadəcə, Sergey Karyakin idmandankənar səbəblər üzündən iştirakçılar sırasından uzaqlaşdırıldığından bəxt çinlinin üzünə güldü. Və həmin turnirdə 2-ci yeri tutan şahmatçı indi şahmat tacı uğrunda oynamaq imkanı qazanıb.
Şəxsiyyətlərin yox, məktəblərin dueli?
Təbii ki, Nepomnyaşinin komandası Karlsenlə əvəzçıxma görüşünə ümid edirdi. Rusiyalının məşqçisi Vladimir Potkinin fikirləri: “Hər halda, gözləyirdik ki, Maqnus bu görüşü keçirməyə razılıq verəcək. Bu üzdən onun son qərarı bizi şoka saldı”.
İrəlidə bizi 2023-ün yazında Din Lijenlə keçiriləcək duel gözləyir. Norveçlinin mübarizədən çəkilməsi heç də hazırlıq prosesinin gərgin keçməyəcəyindən xəbər vermir. Bunu Yanın məşqçisi də təsdiqləyir: “Çin şahmat məktəbinin necə güclü olduğunu hamımız bilirik. Onlarla çoxlu yoldaşlıq oyunu keçiririk. Nepomnyaşi – Lijen görüşü hətta şəxsiyyətlərin yox, məktəblərin qarşıdurması olacaq”.

Şahmat üzrə bütün dünya çempionları
Vilhelm Steynits 1886-94
Emanuil Lasker 1894-1921
Xose Raul Kapablanka 1921-27
Aleksandr Alyoxin 1927-35, 1937-46
Maks Eyve 1935-37
Mixail Botvinnik 1948-57, 1958-60, 1961-63
Vasili Smıslov 1957-58
Mixail Tal 1960-61
Tiqran Petrosyan 1963-69
Boris Spasski 1969-72
Robert Fişer 1972-75
Anatoli Karpov 1975-85
Harri Kasparov 1985-93
Vladimir Kramnik 2006-07
Vişvanatan Anand 2007-13
Maqnus Karlsen 2013-indi
1993-2006 aralığı şahmat təsərrüfatında parçalanma dövrü sayılır. Həmin dövrdə FİDE-nin öz (Anatoli Karpov – 1993-99, Aleksandr Xalifman – 1999-2000, Vişvanatan Anand – 2000-02, Ruslan Ponomaryov – 2002-04, Rüstəm Qasımcanov – 2004-05, Veselin Topalov – 2005-06), Peşəkar Şahmat Assosiasiyasının isə öz (Harri Kasparov – 1993-2000, Vladimir Kramnik – 2000-06) çempionu olub.

Paylaş:
Digər xəbərlər

İdman

29-04-2022, 10:0

Teymur Rəcəbovun İddiaçılar turnirində görüşlərinin təqvimi açıqlandı

İdman

30-06-2022, 09:0

Rəcəbov liderlə heç-heçə etdi

İdman

4-07-2022, 22:0

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 176
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə