• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” Kamal Quliyevə “Barselona”nı xatırladıb

Manşet / Avropa Liqası

18-09-2022, 22:0

Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Frayburq”a 1:2 hesabıyla uduzan “Qarabağ” iki gün öncə doğma meydanda “Nant”la münasibətləri aydınlaşdırdı.

Komandadan qələbə gözlənilsə də, hesabın 3:0 olacağına kimsə inanmazdı. Lakin Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv xalqımızın çətin dönəmində möhtəşəm qələbə qazandı. Əlbəttə, ağdamlılar “Frayburq”la matçda ən azı 1 xala layiq idi. Lakin hakim səhvləri nəticəsində bu mümkün olmadı. “Nant” üzərində parlaq qələbə həmin yenilgini unutdurmaqla yanaşı, “Qarabağ”ın qrupu hətta lider kimi başa vurmaq ehtimalının olduğunu da göstərdi. Bütün bunları nəzərə alıb, mütəxəssislərin fikrini öyrəndik. Görəsən, onlar “Qarabağ”ın 3:0 hesablı qələbəsinin sirrini nədə görür? Komandanın qrupu lider kimi başa vurmaq şansını real sayırmı?

Aslan Kərimov:

“Açığı, adlara baxanda qrupdan çıxmağın çətin olduğu görünürdü. Amma “Frayburq”la oyun göstərdi ki, bu qrupda kimin qalib gələcəyi bəlli deyil. Hər kəs bir-birini üstələmək iqtidarındadı. “Nant”la oyunda isə, belə deyək, əslində heyətə baxanda hiss olunurdu ki, “Qarabağ”ın hücumları təhlükəli olacaq. Ozobiçin ortada oynaması, Kadinin cinahda yer alması buna əsas verirdi. O cümlədən, sözsüz, müdafiə xəttində problemlər var idi. Buna baxmayaraq, ilk hissədə bəxtimiz də gətirdi. Rəqib yaratdığı imkanlardan yararlana bilmədi. Şahruddin də soyuqqanlı oyunla buna mane oldu. İkinci hissədə meydanın mərkəzini Qara və Yankoviçin sayəsində ələ keçirdik. Oyunun taleyini Zubirlə Kadi həll edə bilər. Amma işin çox hissəsini Qara və Yankoviç gördü. Rəqibi ortada “boğandan” sonra, top bizdə olanda Kadi, Zubir və Ovusu boşluqlardan istifadə edib qolları vurdu. Hesab edirəm ki, birinci qoldan sonra onlarda hər şey dağıldı. Daha sonra ikinci və üçüncü qol gəldi. Bu oyundan sonra qrup birinciliyi hədəfinin öhdəsindən nə dərəcədə gələ biləcəyimizi deyə bilmərəm. Amma ikinci yer mümkündü. Ən çətin oyunlarımız elə “Frayburq” və “Nant”la idi. Sonrakı görüşlər də bu səpkidə baş tutacaq. Düşünmürəm ki, rəqiblər “Qarabağ”ı bütün komponentlərdə üstələsin. Əlbəttə, məğlub olmaq da, qalib gəlmək də mümkündü. Bu hücum potensialı ilə qrupdan çıxacağımıza inanıram. Fikrimcə, bunu bacaracağıq”.


Kamal Quliyev:
“Həyatmda ilk dəfə “Qarabağ”ı belə istəkli görürdüm. Düzdü, həmişə mübarizə aparırlar. Amma “Nant”la oyunda 1 nəfərin üstünə 3 nəfərlə pressinq edirdilər. Bu bir motivasiya idi. Bildiyiniz kimi, son günlər cəbhə bölgəsində başverənlər hamını sarsıtdığı kimi, onlardan da yan keçməmişdi. Bizim üzərimizdə olan məsuliyyətin bəlkə də 5 qatı onların üzərində idi. Çünki rəqib Fransa komandası idi. Bilirik ki, bu ölkə düşmənlərimizin arxasında duranlardan biridi. Bir kəlmə ilə onu deyə bilərəm ki, baş əyirəm bu komandanın qarşısında. Bundan sonra qrupdan çıxmaları, qalan oyunlar o qədər də önəm daşımır. Onlar ki bu çətin vəziyyətdə hamınınn başını uca tutdu, hamısının qarşısında baş əyirəm. Heç birini fərqləndirmək istəməzdim. Çünki hamısı meydanda mübarizə aparır, can qoyurdu. İnanıram ki, komanda bir neçə futbolçu ilə də güclənsə, bundan da gözəl oyunların şahidi olacağıq. Amma yenə də şükürlər olsun ki, “Qarabağ” Azərbaycanı Avropada, dünyada tanıdan klubdu. Bununla fəxr edirik. İnanıram ki, uğurun davamı gələcək. Uğur uğuru gətirər. Mən meydanda olan və olmayan bütün futbolçuları qəhrəman sayıram. Qrupdan çıxmaq şansları isə 2 oyundan sonra bəlli olacaq. 3 xalımız varkən bunu deyə bilmərik. Oyun üslubuna baxanda isə görünür ki, qrupda ən yaxşı komanda “Qarabağ”dı. Dominant futbol oynayan bizim komandadı. İstər səfər, istərsə də ev oyununda dominantlığını ortaya qoyur. Lider kimi deyə bilmərəm, çünki artıq “Frayburq”un 6 xalı var, amma qrupu 2-ci yerdə başa vura bilərik. Növbəti oyunda rəqib “Olimpiakos” olacaq. Bu da çətin görüşdü. Bu komanda 2 oyundu uduzur. Çox istəkli olacaqlar. “Olimpiakos” köklü, çılğın azarkeşləri olan komandadı. Əminəm ki, bu oyun da maraqlı alınacaq. “Frayburq” üzərində dominantlıq edən “Qarabağ” bunu “Olimpiakos”a qarşı niyə etməsin?! Əlbəttə, qələbə qazana bilərik. Sadəcə, son oyundakı istək, əzmkarlıq lazımdı. “Qarabağ” bu matçda mənə “Barselona”nı xatırlatdı. Necə ki, La Liqa komandası topu itirən kimi 3 saniyəyə qazanırdısa, eyniilə “Qarabağ” da həmin oyunu nümayiş etdirirdi”.


ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

27-08-2022, 11:0

"Qarabağ" Avropa Liqasında ilk oyununu bu komandaya qarşı keçirəcək - SİYAHI

Avropa Liqası

12-09-2022, 17:0

"Frayburq"un qapıçısı toplardan şikayətləndi

Dünya futbolu

3-09-2022, 20:0

"Qarabağ"ın rəqibi Bundesliqada lider oldu

Aktual / Manşet

10-09-2022, 17:0

“Qarabağ” bu qrupdan çıxacaq, yetər ki, hakim səhvləri olmasın

Avropa Liqası

9-09-2022, 15:0

"Çətin başlanğıc oldu" - "Frayburq"un futbolçusu

Avropa Liqası

8-09-2022, 11:0

Avropa Liqasında qrup mərhələsi başlayır

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 218
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 204
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə