"Frayburq"un qapıçısı toplardan şikayətləndi

12.09.2022 17:11 449
Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Frayburq"un (Almaniya) qapıçısı Mark Flekken turnirin topundan şikayətlənib.

"Football-plus.az" sportbuzzer.de-yə istinadən xəbər verir ki, o, UEFA-nın topu sanki qol vurmaq üçün hazırladığını deyib:

"Sanki toplar çoxlu qol vurmaq üçün hazırlanır. Bu, Bundesliqadakı toplardan fərqlənir. Dəqiq və güclü zərbə vurulanda yellənir, çətinlik yaradı. Getdikcə daha çox qollar vurmalıyıq".


Qeyd edək ki, "Frayburq" qrup mərhələsinin ilk turunda məhz "Qarabağ"la qarşılaşıb. Almaniya təmsilçisi Ağdam klubuna 2:1 hesabı ilə qalib gəlib. "Qarabağ"ın yeganə qolunu isə Marko Veşoviç vurub.