"Çətin başlanğıc oldu" - "Frayburq"un futbolçusu

9.09.2022 15:14 365
Avropa Liqası
"Frayburq"un hücumçusu Nils Peterson Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ı məğlub etdikləri oyundan sonra müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, "Kicker" nəşrinə danışan forvard 2:1 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

"Qələbə qazandığımız üçün xoşbəxtik. 2:0-dan sonra rahatlıq yarandı və azarkeşlər düşündülər ki, gözəl futbol festivalı olacaq. İşlərin bu qədər yaxşı getməsinə təəccübləndim. 2:1-dən sonra yaxşı oynaya bilmədik. Düzdü, qələbə qazandıq, amma bu oyunu yaxşı təhlil edəcəyik. Çətin başlanğıc oldu".


Petersen "Qarabağ"ın Avropa təcrübəsinin onlardan daha çox olduğunu da dedi:

"Bir neçə top itkisinə yol verdik və nəzarət rəqibə keçdi. Nəticədə "Qarabağ"ın oynamasına icazə verdik. Onların istədikləri və yaxşı bacardıqları bu idi. Yaxşı qol vurdular.

2017-ci ildə "Domjale" ilə oyunda rəqibi aşağı qiymətləndirdik və cəzasını çəkdik. "Qarabağ"ın Avropa təcrübəsi bizdən xeyli çoxdu. Qələbə qazandığımız üçün şadıq".