Avropa Liqasında qrup mərhələsi başlayır

8.09.2022 11:35 770
Avropa Liqası
Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

"Football-plus.az" xəbər verir ki, ilk turda 8 qrupdakı 16 oyunun hamısı eyni gündə keçiriləcək.

G qrupunda Azərbaycan çempionu "Qarabağ" Almaniyada "Frayburq"la qarşılaşacaq. "Fənərbaxça" B qrupunda evdə "Dinamo" ilə (Kiyev, Ukrayna) üz-üzə gələcək. "Trabzonspor" isə səfərdə "Ferentsvaroş"u (Macarıstan) sınağa çəkəcək.

"Mançester Yunayted" evdə "Real" Sosyedad"la, "Arsenal" isə səfərdə "Sürix"lə oynayacaq.

Avropa Liqası, qrup mərhələsi, 1-ci tur

8 sentyabr

A qrupu

20.45. "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə)

20.45. PSV (Niderland) - "Budö Qlimt" (Norveç)

B qrupu

20.45. AEK (Larnaka, Kipr) - "Renn" (Fransa)

20.45. "Fənərbaxça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna)

C qrupu

20.45. "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya)

20.45. HİK (Finlandiya) - "Betis" (İspaniya)

D qrupu

20.45. "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya)

20.45. "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika)

E qrupu

23.00. "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya)

23.00. "Omoniya" (Kipr) - "Şerif" (Moldova)

F qrupu

23.00. "Latsio" (İtaliya) - "Feyenoord" (Niderland)

23.00. "Şturm" (Avstriya) - "Midtüllan" (Danimarka)

G qrupu

23.00. "Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

23.00. "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan)

H qrupu

23.00. "Srvena Zvezda" (Serbiya) - "Monako" (Fransa)

23.00. "Ferentsvaroş" (Macarıstan) - "Trabzonspor" (Türkiyə)